Biznes proseslərinin transformasiyası üzrə ekspert

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qrupun transformasiya layihələrini əlaqələndirmək və sadələşdirmək, mövzu üzrə ekspert, tədqiqatçı və qabaqcıl təcrübəçi kimi çıxış etmək, innovativ yanaşmaları müəyyənləşdirmək, layihə müddətində maraqlı tərəflərlə qarşılıqlı əlaqə və uyğunluğu təmin etmək, dəyişikliklər və ən yaxşı nəticələrə nail olmaq yolu ilə layihə komandalarına dəstək olmaq, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək etmək
  • Müxtəlif biznes funksiyaları arasında proseslərin optimallaşdırılmasına və problemli nöqtələrin aradan qaldırılmasına imkan yaratmaq üçün funksiyalararası təşəbbüslər təqdim etmək
  • Proseslərin təkmilləşdirilməsi və yenidən layihələndirilməsi üçün imkanların müəyyənləşdirilməsi, yoxlanılması, təhlili və çatdırılması. Səmərəliliyin artırılması, xərclərin azaldılması və müxtəlif biznes funksiyalarının tətbiqinin keyfiyyətinin artırılması üçün proseslərin təhlili və yenidən təşkili istiqamətində təşəbbüslərin hazırlanması
  • Gözləntilərin idarə olunmasını və uğurlu həyata keçirilməsini dəstəkləmək üçün kommunikasiya bacarıqlarından istifadə etməklə yüksək vəzifəli maraqlı tərəfləri müəyyənləşdirmək və əlaqələndirmək
  • Transformasiya proqramlarının/layihələrinin vəziyyəti barədə məlumatları biznes üzrə əsas maraqlı tərəflərə effektiv şəkildə çatdırmaq
  • Əsas layihələrin/proqramların həyata keçirilməsinə təsir göstərə biləcək problemləri aşkarlamaq və həll etmək, təklif olunan dəyişikliklərin qəbul edilməsi və lazım gəldikdə düzəldici tədbirlər görmək üçün xidmətin göstərilməsi üzrə rəhbərlərlə işləmək
  • Biznes və funksional tələblərin hazırlanmasında kömək göstərmək, əlverişli və səmərəli proseslər yaratmaq, istifadəçilərin ən yaxşı iş təcrübəsinə sahib olması üçün texniki layihələndirilməsinə, sınaqdan keçirilməsinə və yerləşdirilməsinə dəstək vermək
  • Mütəmadi hesabat prosesi və transformasiyasının idarə olunmasına dəstək vermək. Hesabat üçün məlumatları toplamaq, qərarları formalaşdırmaq və riskləri azaltmaq
  • Təşkilat daxilində davamlı təkmilləşmənin müsbət mədəniyyətinin formalaşmasına fəal şəkildə töhfə vermək

Xüsusi tələblər

  • İqtisadiyyat və ya əlaqəli üzrə Ali təhsil
  • Beynəlxalq ixtisasa üstünlük verilir
  • Proseslərin optimallaşdırılması, Transformasiya layihələri, və müvafiq sahələrdə bilik və bacarıqlar
  • Telekommunikasiya sahəsindən anlayışlı olmaq (üstünlükdür)
  • Yüksək analitik və təşkilatçılıq bacarığı
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
  • Güclü Powerpoint və digər vizuallaşdırma/təqdimat alətləri  üzrə biliklər
  • Vaxtın idarə edilməsi bacarıqları
  • Liderlik və asanlaşdırıcı bacarıqlar
  • Proseslərin optimallaşdırılması, Transformasiya, və müvafiq Məsləhət sahələrində ən azı 4 il təcrübə
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək, Rus dilini bilmək üstünlükdür
  • “MS Office”-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point)
  • Şəxslərarası ünsiyyət bacarıqları
  • İşə məsuliyyətli yanaşma
  • Tapşırıqları təhlil etmək  və öncəlik tanımağı bilmək

Telegram kanalımız