Xüsusi avtomobillərin texniki vəziyyəti və xarici görünüşünə nəzarət etməli;
Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl «Xüsusi avtomaşınlar və onların avadanlıqlarının texniki sazlığının yoxlanılmasının nümunəvi kartasına» müvafıq olaraq onların texniki vəziyyətini yoxlamalı və avtomaşınların nasazlığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etməli;
Xəttdə işləyən sürücülərə texniki yardım göstərmək məqsədilə tədbirlər görməli, lazım gəldikdə xəttə şəxsən çıxmalı;
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etməli;
Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmalı, xəttə çıxan və xətdən qayıdan zaman xüsusi avtomaşınların baklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamalı;
İşin əvvəlində HG-nin yanacaqla doldurulması planı ilə tanış olmaq, bölgü cədvəlinə müvafiq olaraq doldurmanın hərəkətedici vasitələrinin olmasını yoxlamaq;
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətin riayət etməsinə ciddi nəzarət etmək.
İş rejimi: Bazar ertəsi-Cümə günü: 09:00-18:00
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
İş yeri- Gəncə Beynəlxalq Havalimanı .
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Xüsusi tələblər
Təhsil: Ali texniki təhsil.
Dil bilikləri: azərbaycan dili-əla, ingilis dili-yaxşı.