Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
Balans, avans hesabatının aparılmasını təmin etmək
Hesab və elektron qaimə-fakturaların yazılması
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
Gündəlik hesabları üzrə qalıqlar hesabatı
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
İş prosesində məlumatların məxfiliyinin saxlanılması
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır
İş vaxtı: 09:00-dan - 18:00-dək
İstirahət günləri: Şənbə və Bazar
Xüsusi tələblər
Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və Audit)
FMCG və yaxud Retail sektorunda 3 ildən artıq baş mühasib təcrübəsi