Daxili nəzarət bölməsinin baş mütəxəssisi

Bakı

PAŞA Kapital
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
  • Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
  • Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
  • Sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
  • Nəzarət sahəsində ən azı 2 il,  investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
  • Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
  • İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız