Fintek - CRM Mütəxəssisi

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müştəri məmnuniyyəti və loyallığının artırılması məqsədi daşıyan geniş CRM strategiyası hazırlamaq, tətbiq etmək və idarə etmək;
  • CRM sistemini saxlamaq, məlumatların dəqiqliyi və tamlığını təmin etmək və lazım gəldikdə, istənilən texniki problemləri həll etmək;
  • Müştəri davranışlarını təhlil etmək və müştəri təcrübəsinin inkişaf etdirilməsi imkanlarını müəyyənləşdirmək üçün toplanan məlumatlardan istifadə etmək;
  • CRM strategiyasının ümumi biznes strategiyasına daxil edilməsini təmin etmək üçün  satış, marketinq və müştəri xidmətləri kimi şöbələrlə sıx əməkdaşlıq etmək;
  • CRM strategiyasının effektivliyinə nəzarət etmək və qiymətləndirmək, təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
  • Müştərilərin cəlb edilməsi və davranışı ilə bağlı əsas göstəriciləri izləmək və təhlil etmək üçün hesabatlar hazırlamaq və idarə panelləri yaratmaq

Xüsusi tələblər

  • CRM konsepsiyası və bu sahədə üstün təcrübələr haqqında geniş biliyə malik olmaq;
  • Salesforce, Zoho CRM və ya HubSpot kimi CRM proqramları üzrə yüksək texniki bacarıq və təcrübəyə malik olmaq;
  • Iris, Stata, Python, Tableu və Power BI kimi məlumat təhlili mexanizmləri/proqramları üzrə yüksək texniki bacarıq və təcrübəyə malik olmaq;
  • Microsoft Excel proqramı üzrə üstün biliyə malik olmaq;
  • Yüksək səviyyədə məlumat təhlili, şərhi və hesabat vermə bacarığına malik olmaq;
  • Yüksək layihə idarəetmə və təşkilatçılıq bacarığına malik olmaq;
  • Üstün ünsiyyət və şəxslərarası kommunikasıya bacarığına malik olmaq;
  • Şöbələrarası komandalarla sıx əməkdaşlıq etmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığına malik olmaq;
  • Problem həll etmə və tənqidi düşüncə tərzinə malik olmaq;
  • Biznes təcrübələrinin yaradılması, müştəri axınının proqnozlaşdırılması və gündəlik çatdırılmaların avtomatlaşdırılması sahəsində təcrübəyə malik olmaq.
  • Agile Təcrübə: Agile-tədbirləri asanlaşdırmaq, tapşırıq/buraxılış planını idarə etmək, komanda səviyyəsinin göstəricilərini izləmək, maneələri aradan qaldırmaq (icrası tamamlanmamış işlər, gedişatda gecikmələr və s.) üzrə təcrübəyə üstünlük verilir;
  • Agile-mühitdə müxtəlif komandaları idarə etmək üzrə geniş təcrübə tələb olunur.
  • Düşüncə tərzi və Davranış: Status-kvodan kənara çıxmaq, yeni həllər tapmaq və qeyri-standart fikirlər irəli sürmək – dəyişiklikləri sevmək və qəbul etmək;
  •  Qeyri-ierarxik əməkdaşlıq, şəffaflıq, təhlükəsizlik və etibarlılıq mədəniyyətinə inanmaq;
  • Yeniliyə təkan vermək üçün eksperimental düşüncə tərzinə malik olmaq.

Telegram kanalımız