Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün verilənlərin dəstəklənməsi ilə bağlı təkliflərin verilməsi
Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes-halların hazırlanması. Biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılmasını özündə cəmləşdirərək üstünlük verilən həll üçün əsaslandırıcı funksiya rolunu oynayır
Marketinqin avtomatlaşdırma aləti vasitəsi ilə istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf kampaniyalarının sona çatdırılması
Seqmentasiya modeli və əməliyyat yol xəritəsinə uyğun olaraq geri qaytarma satış proqramlarının yerinə yetirilməsi üçün səyyar komandanın koordinasiyasını dəstəkləmək
Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, ARPU (İstifadəçi başına orta gəlir) və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
Müştəri dəyərinin idarə olunması və biznes analitikası sahəsində bazar iştirakçılarının dinamikasının, meyllərinin və fəaliyyətlərinin təhlili və onların şirkət üzərində təsirlərinin qiymətləndirilməsi
CVM (Müştəri Dəyərinin İdarə edilməsi) bölməsinin əsas fəaliyyətləri ilə əlaqəli bütün proseslərin, məsələn biznesin təhlili prosesinin, seqmentləşdirilmiş təkliflərin müştəri seqmentasiyası üzrə təyinatı prosesinin və hesabat vermə prosesinin avtomatlaşdırılması
Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi
Tələblərin təhlili, Maraqlı tərəflərin təhlili, Planlaşdırma və Layihələndirmə, Həllərin Qiymətləndirilməsi, Tətbiqetmənin qiymətləndirilməsi (UAT və performans testi), buraxılışdan sonrakı təhlil və monitorinq daxil olmaqla CVM-in əhatə dairəsi ilə bağlı böyük layihələrin icrası zamanı komandanın dəstəklənməsi
Xüsusi tələblər
İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və digər əlaqəli sahələr üzrə ali təhsil
Biznesin / Verilənlərin analitikası, Məlumatların təhlili və işlənməsi, Statistika - yüksək, Marketinq – Yaxşı səviyyədə biliklər
CRM, Biznesin analitikası, Məlumatların təhlili və işlənməsi, Marketinq və ya telekommunikasiya sahəsində proqnozlaşdırma, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə üzrə 1 illik iş təcrübəsi
Azərbaycan və ingilis dillərini mükəmməl bilməli
Yüksək MS Office bacarıqları
Stata, R, Python və digər statistik alətlər üzrə yüksək bilik əlavə üstünlükdür
SAS və/və ya SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar əlavə üstünlükdür