Qiymətləndirmə üzrə mütəxəssis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, ARPU (İstifadəçi başına orta gəlir) və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
  • Yeni, dəyişdirilmiş servis və məhsullar üçün Hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması. CVM sferasına daxil olan ayihələrdə aktiv iştirak və rəhbərliyə dəstək. Dövri və ixtisaslaşdırılmış sorğu və araşdırmaların nəticəsi olaraq hesabatların hazırlanması və təqdimatı
  • CVM Hesabat və təhlil prosedurlarının və infrastrukturunun təkmilləşdirilməsi. CVM bölməsinin əsas fəaliyyətləri ilə əlaqəli hesabat vermə prosesinin avtomatlaşdırılması
  • Mövcud olan xidmətlər/məhsulları və yenilərin tətbiqi dəyişiklikləri üçün kommersiya və maliyyə təhlilin hazırlanmasında dəstək
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
  • Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
  • Mövcud sistemlərin təkmilləşdirilməsi
  • Menecment tərəfindən verilən kommersiyaya aid olan əlavə tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi
  • Tələblərin təhlili, Maraqlı tərəflərin təhlili, Planlaşdırma və Layihələndirmə, Həllərin Qiymətləndirilməsi, Tətbiqetmənin qiymətləndirilməsi (UAT və performans testi), buraxılışdan sonrakı təhlil və monitorinq daxil olmaqla CVM-in əhatə dairəsi ilə bağlı böyük layihələrin icrası zamanı komandanın dəstəklənməsi

Xüsusi tələblər

  • İqtisadiyyat, Maliyyə və audit, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və digər əlaqəli sahələr üzrə ali təhsil
  • Layihələrin idarəedilməsi, CRM, Biznesin analitikası, Məlumatların təhlili və işlənməsi, Marketinq və ya telekommunikasiya sahəsində proqnozlaşdırma, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə üzrə 3 illik iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli
  • Yüksək MS Office bacarıqları
  • Yüksək səviyyədə təqdim etmə bacarıqları
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları, stresli vəziyyətləri yaxşı idarə etmək və təzyiq altında işləmək bacarığı

Telegram kanalımız