Çilingər operator PL TR (Saatlı)

Saatlı

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi.
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
  • Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
  • Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi. 
  • Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mexanizmlərin hazırlanması. 
  • Müəyyən olunmuş qrafiklə PL transportyorlara baxış keçirilməli,baxış zamanı defektlər və çatışmazlıqları aradan qaldırılmalı,aqreqatın üstündə olan çirk (pambıq,toz,palçıq və s.) silinib təmizlənməli;
  • Diyircəkli yastıqların vəziyyətinə baxış keçirilməli; qayışların dartınmasına və vəziyyətinə müşahidə etməli,nasaz qayışları dəyişməli;
  • PL-də trosların möhkəmliyinə nəzarət etməli və sazlığından əmin olmalı;
  • Boltların,şponkaların,klinlərin vəziyyətini yoxlamalı; birləşmələrin və salniklərin vəziyyətinə baxış keçirməli;
  • Yüngül təmir işlərini görməli, kiçik defektləri aradan qaldırmalı;
  • Tez sıradan çıxan kiçik detalları dəyişməli; qabaq və arxa barabanla lenta arasında qalan pambıqları xüsusi məftil ilə təmizləməli;
  • Boltla birləşən bütün birləşmələri bərkitməli; lüft və zazorları tənzimləməli; fırlanan yastıqları,yivləri yağlamalı; düşmüş şana dişləri,zədələmnmiş lentaları bərpa etmək,reduktorların yağını nəzarətdə saxlamaq.

Xüsusi tələblər

  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini , təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını.
  • Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini. 
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək

Telegram kanalımız