Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Rəhbərliyin göstərişi ilə avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməklə göstərilən tarixlərdə və istiqamətlərə sürmək;
  • Cəmiyyətə aid avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək;
  • Aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • Cəmiyyətin balansında olan və ona həvalə edilən avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etmək;
  • Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq; avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.

Xüsusi tələblər

  • Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir;
  • Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını müəyyən etməlidir;
  • Fiziki cəhətdən sağlam olmalı.

Müraciət üçün (CV): https://hr.mktcotton.com/en/job/surucu
Telegram kanalımız