Texniki köməkçi (Bərdə-Qarabağ Regional Təmir Mərkəzi)

Bərdə

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texniki köməkçi servis və servisdən kənar aparılan bütün növ texniki işlərdə yardımçı işlərini həyata keçirir;
  • Təmir mexaniki\ustalar\çilingər ilə birgə təmir\bərpa\nizamlama və sair işlərdə iştirak edir;
  • Sahə səfərlərində sürücü kimi texniki dəstək göstərir;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilmək;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilmək.
  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Altı günlük iş həftəsi
  • İş yeri: Bərdə MKT İK MMC
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Xüsusi tələblər

  • Sahə üzrə minimum texniki biliklər;
  • Texnika\avadanlıq\qurğuların quruluşları barədə minimum biliklərə malik olmaq;
  • Texnikaların və avtomobillərin təmiri üzrə işlərin yerinə yetirilməsinin minimum əsas yollarını bilmək;
  • İstifadə edilən təmir və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını bilmək;
  • Hissələrin sökülmə\quraşdırılması qaydasını bilmək;
  • Kollec və ya peşə təhsili;
  • Sahə üzrə 1 illik iş təcrübəsi.
  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

Telegram kanalımız