Korporativ satış üzrə mütəxəssis ( B2B )

Bakı

Teleperform
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin Korporativ satış həcminin artırılmasına dəstək ;
  • Müştərilərə gündəlik ziyarətlərin təşkili ;
  • Ziyarət nəticələrinin təhlili ;
  • VÖEN -ni olan,problemsiz və fəal sahibkarlıq subyektləri və şirkətlər ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi ;
  • Satış edəcəyiniz hədəf kütləsi-təhkim olunan rayon üzrə A-dan Z-yə VÖEN i olan bütün subyektlər (fərdi sahibkar MMC-ASC dövlət və digər ) ;
  • Fəal satışların koordinasiya edilməsi ;
  • Bölgə üzrə yaranmış problemlərin qeydiyyatı və satışa əngəl ola biləcək faktorların aşkar edilməsi istiqamətində səylərin göstərilməsi ;
  • Rəhbərliyə satış və digər məsələlərlə bağlı gündəlik hesabatların verilməsi ;
  • Bölgələr üzrə məhsul və xidmətlərin satışını təşkil ediləcəyi bütün subyektlərin müəyyən edilməsi ;
  • Fəal satışların aylıq dinamikasının artırılması istiqamətində səylərin göstərilməsi ;
  • Aylıq satış hədəflərinin tam şəkildə (aylıq min 40 biznes nömrə satışı) icrası ;
  • 3 aylıq sınaq müddəti nəzərə alınmaqla işə qəbul edilir ;
  • İş qrafiki: 5 günlük iş qrafiki 09:00-dan -18:00-dək - Bayram, hüzn və digər əlamətdar günlər q/iş günü hesab edilir ;
  • İşçilər səhər 09:00-dan - 10:00-dək aralığında hesabatları rəhbərlərinə təqdim edərək, ərazi üzrə müştəri ziyarətinə gedirlər ;
  • Fəaliyyətin 90 % i ərazidən 10 % i isə ofisdən ibarətdir ;
  • Axşam ofisə geridönüş zəruri deyil ;
  • Nəqliyyat haqqı şirkət tərəfindən qarşılanır ;
  • İnkişaf üçün təlimlər şirkət tərəfindən təşkil edilir;
  • Əmək haqqı fix 400 AZN + Bonuslar(Bonuslar ilk 3 ay aylıqdır.Daha sonra isə aylıqdan əlavə rüblük, yarımillik və illik bonus-mükafat sistemi olacaqdır) ;
  • Daha sonra tarif məbləğləri müştəri sayı ziyarət sayı və uğurlu ziyarət sayları üzrə bonusların tətbiqi istisna deyildir ;
  • Aylıq bonuslar : satılan tariflər və xidmətlər üzrə xalis gəlirin 50 %-i ;
  • Bonuslara limit tətbiq edilmir:çox satış-çox qazanc prinsipidir ;
  • İş yeri şəhərin mərkəzində Veraj Plazada yerləşir.3 cü mərtəbə ;
  • İlk 3 aydan sonra müxtəlif motivasiya proqramlarının təşkili nəzərdə tutulur ;
  • Karyera artımı namizədin bilik bacarıqlarına uyğun dinamik artandır ;
  • Fix əmək haqqı və bonuslar namizədin bilik və bacarıqlarına uyğun olaraq artandır(ilk 3 aydan sonra);
  • Korporativ nömrə şirkət tərəfindən qarşılanır ;
  • AR qanunvericiliyinə uyğun olaraq rəsmiləştirmə , əmək haqqı və məzuniyyət rəsmidir və kartla ödənilir.

Xüsusi tələblər

  • Korporativ Satış sahəsi üzrə minimum 1 il təcrübə ( telekomunikasya-nömrə sahəsində olması üstünlükdür ) ;
  • Dil bilikləri: Azərbaycan dili (səlis) ;
  • Səliqəli korporativ görkəm ;
  • Təqdimat bacarığı ;
  • İnandırma bacarığı ;
  • Satış texnikaları üzrə biliklər ;
  • Ünsiyyət qurma bacarığı ;
  • Komandada işləmək bacarığı ;
  • Öyrənməyə həvəsli.
  • Xanım-Bəy namizədlər müraciət edə bilərlər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız