Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir, o cümlədən Sektor adından sənədləri imzalayır, Sektora razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
  • Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş tapşırıqların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
  • Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
  • Tapşırıqların icrası zamanı zəruriyyət olduqda sektor və şöbə əməkdaşlarına dəstək göstərir;
  • Sektorun əməkdaşlarının fəaliyyətini qiymətləndirir, əməkdaşların təlim və sertifikasiya tələblərini formalaşdırır;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür; 
  • Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər verir;
  • Sektorun iş planının tərtib edilməsinə və icrasına nəzarət edir;
  • Sektor tərəfindən icra edilən mühim işlərin hesabatını aparır;
  • Sektor tərəfindən icra edilən layihələrin texniki tapşırığını formalaşdırılmasında iştirak edir;
  • Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanmasında və iştirak edir;
  • Cəmiyyətin texniki dəstək sahəsinə aid olan layihələrin icrasını təmin edir;
  • İnformasiya texnologiyaları şöbəsinin əsasnaməsində qeyd edilən vəzifələri icra edir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir.

Xüsusi tələblər

  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri (texniki səviyyədə) arzuolunandır.
  • CCNA üzrə biliklər arzuolunandır ;
  • Qeyd olunan sertifikatlardan ən azı biri: CompTIA (A+, Network+, Security+, Linux+ və s.), İTİL, Microsoft Client/Server ƏS aid hər hansı biliklər arzuolunandır; * • proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər arzuolunandır;
  • Servicedesk proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər arzuolunandır;
  • Son istifadəçi sorğularının gündəlik olaraq vaxtında, kefiyyətli və dəqiq icrasını təmin etmək;
  • Texniki dəstək xidmətinin daima təkmilləşdirilməsinə və son istifadəçilərin xidmət məmnunniyyətinin artırılmasına töhvə vermək;
  • Texniki dəstək komandasının məhsuldarlığı haqqında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Şifahi/yazılı ünsiyyət bacarıqlarının üstün səviyyədə qurmaq bacarığ
  • Bütün səlahiyyət səviyyələrində olan son istifadəçilərlə səmərəli işgüzar münasibətləri qurmaq bacarığı;
  • Texniki dəstək xidmətinin tələblərindən irəli gələrək, Cəmiyyətin Bakı daxilində və Azərbaycanın müxtəlif bölgələrində olan ofis və istehsalat sahələrinə ezamiyyəyə getmə;
  • 24/7 fəaliyyət gösətərn istehsalat mühitinin dəstəklənməsi üçün zəruri olduqda həftə sonları və qeyri iş vaxtlarında işləmək bacarığı;
  • İstifadəçi kompüterlərdə “Hardware” və “Software” ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq;
  • İKT siyasəti ilə təsdiqlənmiş proqram təminatının quraşdırılmasını və konfiqurasiyasını həyata keçirmək;
  • İstifadəçilərə yerində və uzaqdan texniki dəstəyi göstərmək;
  • Domen istifadəçiləri üçün şifrə və identifikatorları təyin etmək, sıfırlamaq;
  • Korporativ mühitdə istifadə olunan sistem və şəbəkə üzrə ən azı nəzəri biliklər;
  • Windows Server ƏS üzrə basic, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
  • “MacOS” ƏS üzrə peşəkar biliklər;
  • PC, noutbukların təmiri üzrə (hardware) biliklər;
  • Liderlik qabiliyyəti, Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq, həm müstəqil həm də komandada işləmə təcrübəsi, eyni vaxtda bir neçə işə fokuslana bilməsi,
  • Tələb olunan təhsil və iş təcrübəsi:
  • İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil arzuolunandır;
  • İT üzrə texniki dəstək sahəsində ümumi olaraq ən azı 5 il iş təcrübəsi.
  • İş qrafiki: İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

Telegram kanalımız