Şirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir.
Satış prosesi aşağıdakı qaydada həyata keçirilməlidir:
Satış hədəflərini yerinə yetirmək;
Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək;
Satış standartlarına uyğun olaraq satış nöqtəsində işlərin həyata keçirilməsi;
Müəyyən edilən marşrut xəritəsi üzərində müştəri ziyarətləri edərək məhsulun satışının təşkil olunması;
Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək;
Satış nöqtələrində məhsulların təqdimatını keçirmək;
Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
Satış nöqtələrində malların tam çeşidinin olmasına nəzarət etmək;
Satış nöqtələrində məhsulların düzgün quruluşunu təmin etmək;
Bütün yeni layihələr haqqında müştəriləri məlumatlandırmaq;
Ticarət nöqtələrinin inkişaf etdirilməsi;
Reklam materiallarından effektiv istifadə edilməsi;
Xüsusi tələblər
Təhsil : Tam orta, Ali təhsil olana üstünlük verilir;
İş təcrübəsi : 1 ildən çox(satış sahəsində iş təcrübəsi olanlara üstünlük verilir);
25-40 yaş;
Cinsi – Kişi;
Azərbaycan Respublikasının bölgələrində ( İsmayıllı,Şirvan-Kürdəmir,Biləsuvar- Ağcabədi, ) işləməyə hazır olan
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus-dili biliyi olana üstünlük verilir);
Kompüter biliyi: ofis proqramları;
Təşkilatçılıq, dəqiqlik, təhlil bacarığı;
Kreativlik, analitik bacarıq;
Riyazi biliklər;
Məhsulları müştəriyə nümayiş etdirmə və ünsiyyət qurmaq bacarığı;
Etirazlarla işləmək bacarığı;
Aktiv və çalışqan;
Təzyiq altında işləmək bacarığı;
Məqsədyönlü və işinə məsuliyyətli yanaşan;
Kollektivlə işləmə bacarığı;
Hərbi biletin mövcudluğu;
Sürücülük vəsiqəsi (B kateqoriyası);
Şəxsi avtomobilin olması mütləqdir,yanacaq və avtomobilin amartizasiya xərcləri şirkət tərəfindən ödənilir ( avtomobili olmayanlar işə qəbul olunmur );
Öz karyerasını satış sahəsində qurmaq istəyən şəxslər.