Sistemlərin İnkişafı və İdarəedilməsi Şöbəsinin Müdiri

Bakı

Azərbaycan Sənaye Bankı
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə uyğun aparılmasını riayət etmək;
  • Şöbənin fəaliyyətinə rəhbərlik etmək, həmçinin onun planlamasını, təşkilini və nəzarətini aparır; inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
  • Şöbənin illik büdcəsinin layihəsini hazırlanmasında, aidiyyatı struktur bölməsinə təqdim edilməsində iştirak etmək;
  • İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
  • Şöbənin əməkdaşlarının vəzifə təlimatlarını və onlara əlavə və dəyişiklikləri hazırlamaq, tanış olunması üçün struktur bölmə rəhbərinə təqdim etmək, işçilər arasında səlahiyyət bölgüsünü aparmaq;
  • - Şöbənin işçilərinin qanunvericiliklə və bankdaxili reqlamentlərlə tanış olmalarını və
  • riayət etmələrini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar normativ sənədləri, reqlamentləri, habelə onlara əlavə və dəyişikliklər layihəsini hazırlamaq və təsdiq olunması üçün təqdim etmək;
  • Sistemlərin və infrastukturun daim əlçatan olmasını və dayanıqlı olmasını təmin etmək;
  • Sistemlərin işinə nəzarət etmək və mütəmadi texniki baxışı təmin etmək;
  • Şöbə heyəti arasında iş bölgüsünü, təlimlərin təmini və işçilərə nəzarət etmək;
  • Avadanlıq və proqram təminatların lisenziyalaşdırılması işini təşkil etmək;
  • Kənar şirkətləri cəlb edərək infrastruktur avadanlığının təmirini və dəstəyini təşkil etmək;
  • İnformasiya sistemləri avadanlıqlarının modernləşdirmə planı məqsədilə kompüter texnologiyalarda yeniləmələri təqib etmək;
  • İnformasiya sistemi avadanlığından suistimalını gördükdə və görülmüş tədbir barəsində birbaşa rəhbərinə məlumat vermək və məxfiliyi təmin etmək.

Xüsusi tələblər

  • Ali təhsil (Texniki sahə üzrə);
  • 5 il İT sahəsi üzrə iş stajı;
  • İngilis dili bilikləri olanlara üstünlük verilir;
  • İT infrastrukturun iş prinsiplərini bilməli;
  • Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı;
  • Liderlik qabiliyyəti, ünsiyyət və komandada işləmək bacarıqları;
  • Server, storage (SAN/NAS) və SAN Switch/Nexus şəbəkə avadanlıqlarının idarəedilməsi
  • WMware virtualizasiya (Vcenter/ Esxi/ vSAN/ VRS/ SRM) mühitinin idarəedilməsi
  • Active Directory/Mail Exchange/DNS/DHCP və və sair Windows funksiyalarının idarəedilməsində ekspert bilik və bacarıqlar
  • MS Windows və Linux serverlərinin idarəedilməsi
  • Replikasiya, Yedəkləmə, Disaster Recovery həlləri sahəsində bilik və təcrübə.
  • Avtomatlaşdırma bacarıqları, PowerShell/Python dillərində avtomatlaşdırma
  • Şəbəkə infrastrukturunun işləmə prinsipləri üzrə administrativ bilik və təcrübə.
  • Verilənlər bazası infrastrukturunun işləmə prinsipləri üzrə bilik və təcrübə.
  • İT layihə və proyektlərdə fəal iştirakçı təcrübəsi.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız