Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin ödənilməsinə nəzarət etmək və onların yığımının aidiyyəti strukturlar tərəfindən təmin edilməsi üçün zəruri işlərin görülməsini təşkil etmək;
Kreditlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək və vaxtaşırı monitorinqlər təşkil etmək;
Kreditlər üzrə təminatların vaxtaşırı monitorinqini və qiymətləndirilməsini təmin etmək;
Kreditlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq adi və məqsədli ehtiyatların aidiyyəti strukturlar tərəfindən yaradılmasına nəzarət etmək;
Kredit məhsulları üzrə təminatların bank sistemində uçotuna nəzarət etmək;
Kredit məhsullarının istifadəyə verilməsinin müvafiq qərarverici orqanların qərarlarına uyğun aparılmasına nəzarət etmək;
Kredit məhsulları üzrə bankın tətbiq etdiyi xidmət haqqı və yığımların düzgün icrasına nəzarət etmək;
Xüsusi tələblər
Ali təhsil;
İngilis və rus dillərini bilməsi üstünlükdür;
Microsoft Office proqramları;
Bankda Kredit və aidiyyəti sahələrdə minimum iş təcrübəsi 2 il;
Həm fərdi və həm qrup şəklində işləmək, analitik düşünmə qabiliyyəti, təhlil və hesabat vermə, problemləri müstəqil həll etmə qabiliyyəti.