Bankın struktur bölmələrinin avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
Azqiymətlilərin əsas vəsaitlərin alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və tələbatı üzrə Bank işçilərinə təhvil-təslimini həyata keçirmək;
Kart məhsullarının alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və Bankın xəzinəsinə təhvil-təslimini həyata keçirmək;
İstifadə müddəti bitmiş, yararsız və istifadə olunmayan azqiymətlilər/əsas vəsaitlərin satışını və ləğvini təşkil etmək, Bankın balansından silinməsini təklif etmək;
Alınmış mallar və xidmətlər üzrə sənədləşmələri bankdaxili reqlamentlərə uyğun həyata keçirmək və ödənişlərin vaxtında edilməsinə nəzarət etmək;
Xidmət və alqı satqı müqavilələrinin şirkətlərdən tələb edilməsi, yoxlanılması, müqaviləyə uyğun sənədlərin hazırlanması və ödənişin vaxtında təmin edilməsini təşkil etmək;
Struktur bölmələrindən gələn satınalma tələblərini proqram təminatı üzərindən stok kodlarını yaratmaq, axtarmaq, daxil etmək, məlumatları doldurmaq və təsdiqə göndərmək;
Bankın təsərrüfat ehtiyaclarını müəyyən etmək və təmin etmək;
Bankın posterminal şəbəkəsinin genişləndirilməsində iştirak etmək, posteminalların müştərilərə işlək vəziyyətdə təhvil verilməsini təmin etmək, nasaz vəziyyətdə olan posterminalların yenilənməsi və yaranmış problemlərin aradan qaldırılmasını icra etmək;
Departamentin satışla əlaqəli müxtəlif layihələrində iştirak etmək;
ATM-nin quraşdırılmasını həyata keçirərək, xidmətə hazır etmək;
Alınan ehtiyyat hissələrinin, hansı ATM ve POS Terminal üçün alındığını və nə zaman istifadə olunacağı haqqında qeydlər aparmaq və aylıq olaraq hesabat vermək;
ATM quraşdırılması üçün tələbin təsdiqlənməsini izləmək və ATM-in bildirilən yerə daşınması prosesinə nəzarət etmək;
İnzibati İşlər üzrə:
Bankın su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
Bankın təmir tikinti üzrə planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təşkil etmə;
Struktur bölmələrinin proqram təminatı üzərindən gələn tələblərinin icrasını təşkil və təmin etmək;
İş avanslarının aidiyyatı üzrə xərclənməsinə və bağlanmasına nəzarət etmək;
Bankın balansında olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək, istismar qaydaları ilə müəyyən edilmiş profilaktik tədbirləri görmək və nəzarət etmək;
Sənədlərin sürücü və kuryerlər tərəfindən vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
Bankda içki və təmizlik xidmətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Bank üzrə daşıma işlərini təşkil etmək;
Bankın avtomobillərinin yanacaq və təmir xərclərinə nəzarət etmək;
Bankomatların yerləşdirilməsi, montajı və demontajı işlərini təşkil və nəzarət etmək;
Qonaqları qarşılamaq, oteldə yerləşdirmək, transferini təşkil etmək, biletlərin alınmasını təşkil etmək və yola salmaq;
Bankda təmizlik işlərinin aparılmasına nəzarət etmək;
Bankda poçt xidməti işini təşkil etmək və xaricə məktubların göndərilməsini təmin etmək;
Bank tərəfindən ona təhvil verilmiş avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanması üçün lazımi tədbirləri vaxtında görmək;
Bankın Nəqliyyat vasitələrinin təmizliyinə və səliqəsinə diqqət yetirmək;
Arxiv İşləri üzrə
Arxiv işinin aparılmasına və təşkilinə nəzarət etmək;
Sənədlərin saxlanılması üçün lazımi şərait yaratmaq.
Xüsusi tələblər
Minumum 3-5 il sahə üzrə iş stajı;
Ali təhsil;
Azərbaycan dili (İngilis və Rus dilini bilənlərə üstünlük verilir);
BOYS, YSP programlarını bilmək
Sürücülük vəsiqəsi;
Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı.