Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi

Bakı

Azərbaycan Sənaye Bankı
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Plastik Kartlara aid məhsullar və iş prosedurlarının təkmilləşdirilməsi barədə departament direktoruna təkliflər verir;
  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
  • Vəzifələrinin yerinə yetirilməsi üçün Bankın struktur bölmələrindən məlumat alır və onlara məlumat verir;
  • Debit kartlara gələn 05-06-07-25 əməliyyat kodlu əməliyyatlara nəzarət edir və əməliyyatı tamamlayır;
  • Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
  • HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
  • Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir və Beynəlxalq
  • Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
  • Ehtiyac olduğu təqdirdə digər bank, prosesinq mərkəzi və təşkilatlarla əlaqə qurur;
  • Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
  • Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına  uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
  • Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
  • Bütün Ödəmə sistemləri üzrə müxabirləşmələri, kart proqramı və əsas bank proqramında təmin edilməsini həyata keçirir;
  • Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
  • Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
  • Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
  • Qanunvericilikdə edilən dəyişikliklərə nəzarət edir və rəhbərini dəyişikliklər haqqında məlumatlandırır;
  • Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
  • Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
  • Internet və Mobil Bankçılıq proseslərinin tarif və qaydalara uyğun olaraq işləməsini təmin edir və nəzarət edir;
  • Milli və Beynəlxalq ödəmə sistemləri faktura sənədlərinə nəzarət edərək rəhbərlərinə məlumat verir;
  • Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatlarını icra edir;
  • Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
  • Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir və uyğunsuzluq olduqda rəhbərlərinə məlumat verir;
  • Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə Çıxarış üçün əlaqə məlumatları olmayan kart müştəriləri üçün filiallara məlumat verir;nəzarət edir;
  • Çıxarış üçün əlaqə məlumatları olmayan kart müştəriləri üçün filiallara məlumat verir;
  • Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
  • Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
  • Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
  • Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks olunmasına nəzarət edir;.
  • POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
  • Şöbenin arxivləşdiriləcək sənədlərini təyin edir və normativ qaydalara əsasən arxivə göndərilməsini təmin edir;
  • Məhv ediləcək kartları ve pin zərflərı təyin edir və normativ qaydalara görə məhv edilməsini təmin edir;
  • Balansarxası hesablarda plastik kartların sayının mühasibatlığını aparır;
  • Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
  • Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır.
  • MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
  • PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
  • Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
  • Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında qəbul edir və yoxladıqdan sonra filiala\müştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir və\və ya filiala\müştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;
  • Filiallardan və müştərilərdən daxil olan müraciətlər üzrə problemləri araşdırır və həll edir.
  • Şöbə rəisi və/vəya Departament Direktorunun tapşırdığı işləri icra edir.
  • İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar normativ sənədləri, reqlamentləri, habelə onlara əlavə və dəyişikliklər layihəsini hazırlayır və təsdiq olunması üçün təqdim edir;
  • Şöbədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir;
  • Şöbənin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil edir;
  • Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi informasiyaların təqdim edilməsini təmin edir;
  • Departamentin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirir;
  • Qanunvericiliklə, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, İdarə Heyəti, eyni zamanda struktur bölməsini kurasiya edən əlaqədar İdarə Heyətinin üzvü tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra edir.

Xüsusi tələblər

  • Ali təhsilli (iqtisadi, texniki) olmalı;
  • Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
  • İngilis dilini yaxşı bilməli;
  • Microsoft Office və Kart proqram bilikləri olmalı;
  • Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.


Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız