Neft və qazçıxarma üzrə usta (Şabran rayonu)

Şabran

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək məhsuldarlığının yüksəldilməsi, neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsinin təmin etmək;
  • İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarının briqadalara və ayrı-ayrı fəhlələrə çatdırmaq;
  • Quyunun texnoloji rejiminə nəzarət edilməsi üçün nəzarət ölçü cihazlarına baxışı keçirmək;
  • Quyunun iş rejiminin təyin olunması və bu rejimdə işləməsinə nəzarət etmək;
  • Quyunun hasilatını ölçmək;
  • Quyunun hermetikliyə yoxlanılması üzrə tapşırıqların verilməsi və icrasına nəzarət etmək;
  • Quyularda bufer təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyularda həlqəvi fəza təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyularda boru arxası təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyularda kəmər arxası təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyu nizamlayıcılarını yoxlamaq, ehtiyac olduqda dəyişidirilməsinə nəzarət etmək;
  • Sıradan çıxmış atqı borularının dəyişdirilməsinə nəzarət etmək;
  • Quyularda qaldırıcı boruların və süzgəc zonasının mexaniki qarışıqlardan təmizlənməsini təmin və nəzarət etmək;
  • Quyuların atqı borularında siyirtmələrin sazlığını yoxlamaq, nasaz olduqda dəyişdirilməsinə nəzarət etmək;
  • Neft və qazın nümunələrinin analiz üçün labaratoriyaya göndərilməsini təmin etmək;
  • Qaz xəttlərinin təmizlənməsinə nəzarət etmək;
  • İstehsal fəaliyyətinin nəticələrini təhlil etmək;
  • Elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsinə nəzarəti təmin etmək;
  • Tələb olunan texnika, materiallar, alətlər üçün sifarişləri vaxtında tərtib
  • Vəzifə öhdəlikləri (funksiyalar) etmək;
  • İş yerlərində materialların, ehtiyat hissələrinin, detalların, alətlərin, tərtibatların səmərəli yerləşdirilməsını və saxlanılmasını təmin etmək;
  • Fəhlələrin avadanlıq və alətlərdən düzgün istifadə etməsini təmin etmək;
  • Quyuların texnoloji iş rejimlərində olan kənarlaşmaların səbəblərini operativ şəkildə aşkar etmək və onları aradan qaldırmaq;
  • Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görmək;
  • Neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;
  • Neft və qaz hasilatı ilə bağlı istehsal tapşırıqlarını təyin etmək;
  • Neft yığım məntəqələrində neftin ilkin təmizlənməsinə nəzarət etmək;
  • Quyuları təmirə verən zaman onlarda hazırlıq işlərini görmək;
  • Qaz paylayıcı məntəqədən quyuya verilən qazın kəsilməsini təmin etmək;
  • Quyunun su və ya maye ilə fəaliyyətinin dayandırılmasını təmin etmək;
  • Atqı qollarının açılmasına nəzarət etmək;
  • Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirmək;
  • Quyu ağzının yığılmasına nəzarət etmək və hasilatın normaya uyğunluğunu yoxlamaq;
  • Quyuların təmir ilə bağlı qəbul və təhvil aktlarını rəsmiləşdirmək;
  • Quyunun nasoslarının işləkliyini təmin etmək;
  • Yerüstü avadanlıqlara vizual baxışın keçirilməsini təmin etmək;
  • Quyularında nizamlayıcıların dəyişdirilməsinə nəzarət etmək;
  • Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil etmək; Neft yığım məntəqələrində olan ilkin təmizləmə qurğularının sazılğını təmin etmək;
  • Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Yeni texnoloji proseslərin yaradılmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak etmək;
  • İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak etmək;
  • Fəhlələrin biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Baş vermiş bədbəxt hadisələrin araşdırılmasında və onların qarşısınınalınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  •  İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat fəaliyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması tədbirlərinin işlənməsində iştirak etmək;
  • Briqadaların formalaşdırılmasını həyata keçirmək;
  • Fəhlələrə istehsalat təlimini keçmək;
  • Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təkliflər vermək;
  • İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
  • İş vaxtından səmərəli istifadə edilməsini təmin etmək;
  • Fəhlələrin müntəzəm və səmərəli işini təmin etmək;
  • Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət etmək;
  • Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təşkil etmək;
  • Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil etmək;
  • Təhlükəli əmək şəraitli işlərin əvvəlcədən işlənib hazırlanmış plan, əməyin təşkili layihəsi və ya tapşırıq-icazə vərəqəsi əsasında aparılmasına rəhbərlik
  • etmək;
  • İşçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara, texnoloji rejim və reqlamentlərə əməl etmələrini, təhlükəsiz iş üsullarının tətbiqini təmin etmək;
  • Günlük təlimatlandırmadan sonra işçilərin işdən öncə təlimatlandırma vərəqinin imzalanmasını təmin etmək;
  • İşçilərin həyat və sağlamlığına təhlükə yarada biləcək işlərin ləğvi üzrə tədbirləri görmək;Əmək şəraitinin vəziyyətinə nəzarət etmək, mütəmadi olaraq iş yerlərinin vəziyyətini, ventilyasiya sistemi və qurğularının fasiləsiz işləməsinə, iş yerlərinin normal işıqlandırılmasına, çəpərləmə və mühafizə qurğularının, kollektiv və fərdi xilasedici vasitələrin, avtomatik nəzarət və siqnalizasiya qurğularının mövcudluğuna nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələrinə və tətbiqinə nəzarət etmək;
  • Fəhlələrə təhlükəli əmək şəraitli işlərin yerinə yetirilməsi tapşırığı verərkən, bu haqda jurnalda və tapşırıq-icazə vərəqəsində müvafiq qeydlər aparmaqla onlara xüsusi təlimat keçmək;
  • Yeni işə qəbul edilmiş fəhlələrin şifahi sorğu əsasında təhlükəsiz iş üsulları və təlimatlarının mənimsəmələrini yoxlamaq;
  • Fəhlələrin biliklərinin yoxlanılması qrafiklərini tərtib etmək;
  • Baş vermiş bədbəxt hadisə barəsində özülün rəhbərliyinə, idarə rəhbərlərindən birinə və Həmkarlar İttifaqı Komitəsinə məlumat vermək;
  • Baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış şəxsə ilkin yardımın göstərilməsini təşkil etmək və onu tibb müəssisəsinə göndərmək;
  • Baş vermiş bədbəxt hadisə zamanı iş şəraitinin və avadanlığın hadisə baş vermə vəziyyətinin saxlanılması (əgər bu ətrafda çalışan işçilərin həyat və sağlamlığına təhlükə yaratmırsa və qəzaların baş vermə ehtimalı yoxdursa) üzrə tədbirlər görmək;
  • Yoxlamaların avadanlıq və mexanizmlərə baxışların nəticələrini, aşkar edilmiş nöqsan və çatışmamazlıqları, əmr və sərəncamların məzmununu, bədbəxt hadisələrin baş vermə səbəbləri və şəraitini fəhlələrin nəzərinə çatdırmaq və müzakirəsini təşkil etmək;
  • Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil etmək;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı işlərin təşkil etmək. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq istiqamət üzrə
  • Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 5 İl / Müvafiq istiqamət üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Səriştəlik və digər tələblər
  • Şifahi özünüifadə
  • İşi təqib etmə
  • Qrup liderliyi
  • Stresin idarə edilməsi
  • Səlahiyyətvermə
  • İşçiləri inkişaf etdirmə
  • Yazılı özünüifadə
  • Planlama və təşkiletmə
  • Problem analiz etmə
  • Geoloji-tədqiqat işləri
  • Mühəndis-geoloji işlər
  • Lay sular. təmizlənm. və utilizasiyası
  • Neftin və qazın təhvili
  • Neftin yığılması
  • Quyu iş rejiminin saxlanılması
  • Quyuların texnoloji rejim-nin saxlanması
  • Quyunun təmirə hazırlanması
  • Sanitariya-gigiyena
  • Əmək şərаitinin normallaşdırılması
  • Əməyin mühafizəsi
  • Əməyin sağlamlığı
  • Əməyin təhlükəsizliyi
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Əməyin mühafizəsini;
  • Əməyin sağlamlığını;
  • Əməyin təhlükəsizliyini;
  • Əmək şərаitinin normallaşdırılmasını;
  • Sanitariya-gigiyenanı;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;
  • Mühəndis-geoloji işləri;
  • Geoloji tədqiqat işləri;
  • Quyuların texnoloji rejimlərin saxlanılmasını;
  • Quyu iş rejiminin saxlanılmasını;
  • Quyunun təmirə hazırlanmasını;
  • Lay sularının təmizlənməsi və utilizasiyasını;
  • Neftin və qazın təhvilini;
  • Neftin yığılmasını.

Telegram kanalımız