Böyük mexanik (Şəmkir rayonu)

Şəmkir

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avadanlıqların fasiləsiz və texniki cəhətdən düzgün istismar olunması, onların növbəliliyinin artırılması, işçi vəziyyətdə saxlanılması,istehsalatın elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə fasiləsiz təmin edilməsi, enerji ehtiyyatlarından səmərəli istifadə olunması, istehsalatın texniki hazırlığı, avadanlıqların, materialların və ehtiyyat hissələrinin alınması üçün sifarişlər hazırlamaq;
  • İdarənin yeni texniki avadanlıqlarla təmin olunması, istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması məqsədilə təkliflər hazırlamaq;
  • İstismar olunan mexaniki avadanlıqların qüvvədə olan normativlərə əsasən texniki baxışınıın, sınağının və profilaktik təmirinin plan-qrafikini tərtib etmək, onların həyata keçirilməsinə nəzarət etmək;
  • Avadanlıqların vaxtından əvvəl köhnəlmə, boşdayanma səbəblərini öyrənmək, qəzaların tədqiq edilməsini və onların aradan qaldırılmasını təmin etmək; 
  • Avadanlıqların quraşdırılması üzrə işlərin keyfiyyətinə nəzarət etmək;
  • Sahəsinə uyğun əsas fondların inventarizasiyasının aparılmasını təşkil etmək, köhnəlmiş, təmir tələb edən avadanlıqları müəyyən etmək;
  • Avadanlıqların, materialların və ehtiyyat hissələrinin alınması üçün sifarişləri hazırlamaq, İdarənin rekonstruksiyası və texniki cəhətdən silahlanması, istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Nəzarət ölçü cihazlarının hazırlanmasını və kalibrlənməsini təmin etmək;
  • Sahəsinə uyğun istehsalat sahələrini, xəbərdaredici və qadağanedici nişanlarla təmin etmək;
  • İstismar olunan avadanlıqlar podratçı təşkilatlar tərəfindən təmir edilərkən onları zəruri texniki sənədlərlə təmin etmək, yeni texnika və texnologiyanın istehsalata tətbiqini təşkil etmək;
  • Yanacaq və sürtkü materiallarına olan tələbatı 1(bir) ay öncə hazırlayaraq
  • Birliyin Mexanika və energetika şöbəsinə təqdim etmək;
  • Yanacaq paylama cədvəlini tələbata uyğun olaraq tərtib etmək və yanacağın qənaətlə işlədilməsinə nəzarət etmək;
  • Yanacaq və sürtkü materiallarına aid hesabatları (aylıq və illik) müvafiq təlimata uyğun şəkildə hazırlamaq və Birliyin mexanika və energetika şöbəsinə təqdim etmək. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə iş təcrübəsi  dedikdə qulluqçu (mütəxəssis) kateqoriyalı iş təcrübələri nəzərdə tutulur.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word
  • Fəaliyyət sahəsi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarını;
  • İşinə aid olan metodiki, normativ və başqa rəhbər materialları (qayda, əmr, qərar və sərəncamları);
  • Texniki sənədlərə, materiallara və məlumatlara olan tələbləri;
  • Texniki sənədlərin tərtibatında istifadə olunan standartları;
  • İstifadə olunan avadanlıqların texniki xarakteristikalarını;
  • Texniki hesabatların aparılması metodlarını;
  • Elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. 

Telegram kanalımız