Böyük geofizik

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qazmada olan quyularda qazma prosesi məlumatlarını (inklinometriya göstəriciləri, gilli məhlul parametrləri və s.) yoxlamaq;
  • Mədən - geofiziki tədqiqatlar barədə məlumatları (perforasiya işləri, karotaj ölçmələri və s.) yoxlamaq;
  • Perforator və partlayıcı maddələrin miqdarı haqqında məlumatları yoxlamaq;
  • Qazma işləri haqqında hesabatları yoxlamaq;
  • Geoservislərin yerləşdirilməsi (dislokasiyası) haqqında məlumatları yoxlamaq;
  • Müvafiq müəssisədən daxil olan kəşfiyyat - geofiziki, geoloji - geofiziki və elmi - tədqiqat işləri barədə keçid hesabatlarını yoxlamaq;
  • Quyuların tikinti - işçi layihəsinin geoloji bölməsini yoxlamaq;
  • Analiz edilmiş süxur nümunələrinin (kern, şlam və s.) hesabatlarını yoxlamaq;
  • Axtarış - kəşfiyyat və struktur - axtarış quyularının geoloji səbəbdənləğv edilməsi və konservasiyası sənədlərini yoxlamaq;
  • Quyuların layihə tapşırığı, inşa aktları, izolə - ləğv və sınaq - mənimsəmə üzrə iş planlarını yoxlamaq;
  • Müvafiq müəssisələr tərəfindən quyular üzrə hazırlanmış protokolları və müvafiq aktları (inşa, sınaq - mənimsəmə, qaytarma, sement körpüsünün qoyulması və s.) yoxlamaq;
  • Müvafiq müəssisə tərəfindən və həmin müəssisə ilə əlaqəli hazırlanmış layihə tapşırığı, layihə - smeta sənədlərini və təqvim planını yoxlamaq;
  • Geoloji modellərin qurulmasını həyata keçirmək;
  • Geoloji - kartoqrafik qurmaları və qrafik materiallarını (ayrı - ayrı yataqlar üzrə geoloji və regional profillər, istinad horizontları üzrə qalınlıqlar xəritəsi, quyuların korrelyasiyası, müxtəlif horizontlar üzrə struktur xəritələr, yataqlar üzrə ümumiləşdirilmiş kəsilişlər və s.) hazırlamaq;
  • Risklərin monitorinq sənədlərini hazırlamaq;
  • Müəssisənin müvafiq il üzrə apardığı axtarış - kəşfiyyat işlərinin nəticələri barədə hesabatı və növbəti il üçün müvafiq işlərin istiqamətlərinə dair keçirilmiş geoloji - texniki müşavirənin protokolunu hazırlamaq;
  • Karbohidrogenlərin ehtiyat artım cədvəlini hazırlamaq;
  • Aparılmış və aparılacaq axtarış - kəşfiyyat qazmasının kateqoriyalar üzrə həcm cədvəlini hazırlamaq;
  • Yataqlar üzrə neft, qaz və kondensat ehtiyatları barədə məlumatları hazırlamaq;
  • Neft, qaz, kondensat hasilatı və təhvili üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi tədbirləri haqqında 1N-li əmrin hazırlanmasında iştirak etmək;
  • Bütün tədqiqat növlərinin nəticələrinin, süxur nümunələrinin götürülmə intervalı, yaşı, litologiyası, lay sınayıcısının tədqiqat intervallarının və quyunun konstruksiyasının karotaj diaqramının üzərinə yazılmasını həyata keçirmək;
  • Quyular üzrə karotaj diaqramlarının müvafiq jurnalda qeydiyyatını aparmaq;
  • Karotaj diaqramının emalını həyata keçirmək;
  • Axtarış - kəşfiyyat quyuları üzrə məlumatların kataloqlarını tərtib etmək;
  • Geoloji - kəşfiyyat işləri və struktur fondu üzrə hesabatların qəbul edilmiş təlimata uyğun tərtib edilməsini təşkil etmək;
  • Qazma işlərinin plan - qrafik sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Müvafiq rayon üzrə geoloji - geofiziki materialların siyahısını hazırlamaq;
  • Axtarış - kəşfiyyat və struktur - axtarış quyularında geoloji tədqiqatların aparılmasına nəzarət etmək və quyuların iş qovluqlarının tərtib olunmasını həyata keçirmək;
  • Müəssisənin müvafiq struktur bölmələrindən daxil olan geoloji - geofiziki sənədlərin qeydiyyatını aparmaq;
  • Süxurların, su və neft analizinin nəticələrinin müvafiq jurnallarda qeydiyyatını aparmaq;
  • Fəaliyyət sahəsi üzrə müvafiq təqdimatlar hazırlamaq;
  • Yeni quyuların qazılması üçün qazma yerinin seçilməsini həyata keçirmək;
  • Yataqların və strukturun quruluşunun dəqiqləşdirilməsi, yataqlarda tektonik bloklar və dərinliklər üzrə horizontların neft - qaz perspektivliyinin qiymətləndirilməsi, litoloji kəsilişlərin tərtibatı, kəşfiyyat xəritələrinin qurulması, quyu üzrə stratiqrafik bölgülərin aparılması, sınanma intervallarının və obyektlərinin seçilməsi üçün qazma, quyu, mədən - geofiziki, çöl geofiziki yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək;
  • Quyularda mədən - geofiziki tədqiqat və partlayış - atma işlərinin aparılması üçün perforatorların miqdarını planlaşdırmaq;
  • Qazılmış quyuların stratiqrafik və litoloji kəsilişini öyrənmək üçün süxur nümunələrinin götürülmə intervallarının seçilməsi, süxur nümunələrinin götürülmə uzunluğunun təyin edilməsi, litoloji və sedimantoloji (çöküntü toplama) təsvirin aparılmasını həyata keçirmək;
  • Xarici və yerli neft - qaz şirkətlərinin nümayəndələri ilə geoloji - geofiziki materialların araşdırılmasında iştirak etmək;
  • Səhra materiallarının qiymətləndirilməsi, seysmik materialların emalı və interpretasiyasının həyata keçirilməsi işlərinə nəzarət etmək;
  • Podratçı təşkilatların geofiziki partiyalarının səhra işlərinin və interpretasiyalarının həyata keçirilməsi üçün zəruri olan geoloji - geofiziki, kartoqrafik və digər materiallarla, həmçinin aparat və avadanlıqlarla komplektləşməsinə nəzarət etmək;
  • Quyu məlumatlarının (quyunun hasilatı, dərinliyi və s.) toplanmasını həyata keçirmək;
  • Mədən - geofiziki məlumatların (karotaj diaqramı, inklinometriya göstəriciləri və s.) toplanmasını həyata keçirmək;
  • Çöl geofizika barədə məlumatların (seysmik kəşfiyyat, şaquli seysmik profilləmə, seysmik karotaj, qravi - kəşfiyyat, maqnit kəşfiyyatı, elektrik kəşfiyyat işləri və s.) toplanmasını həyata keçirmək; Qazma məlumatlarının (qazma jurnalı, quyunun pasportu, konstruksiya və s.) toplanması
  • Yataqların və strukturların qrafik məlumatlarının (xəritə, profil, kəsiliş və s.) toplanması
  • Qazmada olan quyularda qazma prosesinin (süxur nümunələri, kəmərin buraxılması və s.) planda nəzərdə tutulmuş həcmdə və istiqamətdə aparılmasına nəzarət etmək;
  • Qazma prosesində layihə üzrə nəzərdə tutulmuş geoloji - geofiziki tədqiqatların yerinə yetirilməsi işlərinə nəzarət etmək;
  • Mədən - geofiziki işlərə (perforasiya, ölçmə işlərin aparılmasına və s.) nəzarət etmək;
  • Quyuların sınağı və mənimsənilməsi işlərinə nəzarət etmək;
  • Quyunun ləğv və konservasiyaya qoyulması prosesinə nəzarət etmək;
  • Qazma zamanı qaz - karotaj stansiyalarının avadanlıqlarına nəzarət etmək;
  • Mədən - geofiziki işlərlə əlaqəli geoservislərin texniki vəziyyətinə nəzarət etmək;
  • Müqavilə bağlanan şirkətlərin süxur nümunələrinin götürülməsinə nəzarət etmək;
  • Müəssisənin strukturuna daxil olan müvafiq təşkilatların geoloji materiallarının təhvil - təslim işlərində iştirak etmək;
  • Daimi fəaliyyət göstərən komissiyanın tərkibində müəssisənin müvafiq struktur təşkilatlarında əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı sahələrdə yoxlama işlərində iştirak etmək;
  • Geologiya, geofizika və mühəndis geologiyası üzrə aylıq hesabat işlərinin uçotunu aparmaq və tələb olunan standarta uyğun tərtib olunmasına nəzarət etmək;
  • Axtarış - kəşfiyyat və struktur - axtarış quyularında geoloji - texniki tapşırıqda nəzərdə tutulmuş kompleks mədən - geofiziki tədqiqat işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Podratçı təşkilatların qarşısına qoyulmuş geoloji məsələlərin, səhra işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət olunmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
  • Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 4 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Seysmokəşfiyyat və digər növ geofiziki işlərin həyata keçirilmə texnologiyasını və onların yerinə yetirilmə keyfiyyətinə qoyulan tələbləri;
  • Sənədlərin və digər geoloji-geofiziki materialların uçotu və saxlanması qaydalarını;
  • Geofiziki işlərin layihələndirilməsi, planlaşdırılması və maliyələşdirilməsi qaydalarını;
  • Geofiziki işlərdə tətbiq olunan avadanlıq, cihaz və aparatların növlərini, onların texniki istismar qaydalarını;
  • Geofiziki materialın hesabat sənədlərinin tərtib edilmə qaydalarını;
  • Geofizika və geologiya sahəsində müasir təcrübəni;
  • Neft-qaz yataqlarının geologiyası, neft-qaz yataqlarının geofiziki üsullarla axtarış və kəşfiyyatının, mühəndisi geologiyanın əsaslarını;
  • Geologiya, geofizika, axtarış-kəşfiyyat işlərində, o cümlədən şöbənin əsasnaməsi ilə tənzimlənən digər işlərdə qanun və təlimatlarla müəyyən edilmiş kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
  • Geologiya və geofizika sahəsində elmin son nailiyyətlərindən istifadə etməklə neft və qazın ehtiyat artımı planının yerinə yetirilməsi üçün daha səmərəli metod və istiqamətlərin seçilməsini;
  • İstehsalat Birliyinin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını;
  • Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını. 

Telegram kanalımız