Yük avtomobillərinin təmiri üzrə çilingər

Bakı

Performance Center Co
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Servisə daxil olan yük avtomobillərinə  tələb olunan  qaydada  texniki baxışı  icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək
  • Aşkarlanan mexaniki nasazlıqları servisin Baş mexaniki ilə təsdiqlədikdən sonra Servis məsləhətçisinə bildirmək.
  • Avtomobildəki nasazlıqları istehsalçının texniki təmir tələbinə uyğun aradan qaldırmaq
  • Tələb olunan  ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq
  • Təhkim olunmuş  alət və avadanlıqlara  məsul olmaq
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək
  •  Şirkət tərəfindən təşkil olunan  ixtisası artırma yönümlü təlimlərində iştirak etmək
  • Baş mexanikin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.
  • İş şərtləri:İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Xüsusi tələblər

  • Yük avtomobillərinin təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi
  • Yük avtomobillərinin mexaniki təmiri üzrə  iş təcrübəsi
  • Nizam-intizamlı
  • Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək
  • Yaş həddi: 25-45
  • Təhsil: Orta və ya ali

Müraciət etmək üçün: cv@performance-center.az
Telegram kanalımız