Aparıcı Fraud Data Analitiki

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.
  • İş qrafiki: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir
  • Dərin öyrənmə üsulundan istifadə etməklə cari proseslərin təhlili və optimallaşdırılması;
  • Nəzarətləri təkmilləşdirən həllərin dizaynı və tətbiqi;
  • Daxili saxtakarlığa qarşı həllərin şirkətin məqsədlərinə uyğun olmasını təmin etmək üçün komandamız ilə əməkdaşlıq etmək;
  • Saxtakarlıq əleyhinə tətbiqlərin işinə nəzarət edilməsi;
  • Ümumi nəzarət prosesimizi təkmilləşdirilməsi və davamlı olaraq proqramlarımızın təkmilləşdirilməsi;
  • Yerli mobil bazarında fırıldaqçıların dinamikasının, tendensiyalarının və davranışlarının təhlili;
  • Telekommunikasiya sahəsində olan beynəlxalq saxtakarlıq trendlərinə və bunun şirkətin kommersiya strategiyasına təsirinə nəzarət edilməsi;
  • Hesabat və təhlil prosedurlarının və infrastrukturunun təkmilləşdirilməsi;
  • Araşdırmaların nəticəsi olaraq dövri və ixtisaslaşdırılmış hesabatların hazırlanması və təqdimatı.

Xüsusi tələblər

  • Elm, Texnika, Riyaziyyat, Kompüter Elmləri, Statistika üzrə Təhsil;
  • Python/R/ üzrə təcrübə;
  • SQL biliyi (oracle-a üstünlük verilir);
  • BI analizində güclü bilik;
  • Məlumat strukturları və alqoritmləri hərtərəfli başa düşmək;
  • Ümumi məlumat keyfiyyətini yaxşılaşdırmaq üçün ölçülü məlumat modellərinin yaradılması, dizaynı və qurulması üzrə təcrübə;
  • Güclü təhlil və ünsiyyət bacarıqları;
  • İngilis dili yazılı və şifahi Yuxarı/Orta səviyyədə;
  • Məlumatların praktiki işlənməsi və böyük həcmli məlumatlarla işləmə təcrübəsi;
  • Kaggle yarışlarında uğurlu iştirak bir üstünlükdür;
  • Layihələrin idarə olunması təcrübəsi üstünlükdür.
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Açıq fikirli və pozitiv münasibət;
  • Daima inkişaf etmək təşəbbüsünün olması;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Araşdlrma və müşahidə etmək bacarığı;
  • Əla vaxt idarəetməsi bacarığı;
  • Detallara diqqət yetirmək bacarığı.

Telegram kanalımız