Gözətçi (Sabirabad-Moranlı kəndi)

Sabirabad

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühafizəçi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq müxtəlif metodlar vasitəsi ilə müəssisə və ya təşkilatın daşınan və daşınmaz malını, əmlakını mühafizə etmək;
  • Müəssisənin buraxılış və obyektdaxili rejimlərinə nəzarət etmək, gələn qonaqları qarşılamaq və onları lazımi ünvanlara yönləndirmək;
  • Təlimata əsasən Müəssisə işçilərinin və qonaqların müəssisəyə giriş-çıxış zamanı sənədlərini və şəxsi əşyalarını yoxlamaq;
  • Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
  • Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;
  • Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;
  • Mühafizə olunan obyektlərdə texniki vasitələrdən mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin yazılı razılığına əsasən istifadə etmək;
  • Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
  • Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
  • Əməkdaşların və ya qonaqların müvəqqəti buraxılış vərəqələrini yoxlamaq.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır);
  • Problem həll etmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Etibarlılıq;
  • Dürüstlük;
  • Keyfiyyətli məlumatlandırma;
  • Dəqiqlik.

Telegram kanalımız