Nəqliyyat elektriki (Bərdə-Qarabağ Regional Təmir Mərkəzi)

Bərdə

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nəqliyyat elektriki özüyeriyən texnika və avtomobillərin elektrik hissələrinin sökülməsi\təmiri\quraşdırma üzrə işləri yerinə yetirir;
  • Texnika\avtomobillərin komputer proqramı vasitəsilə diaqnostika aparılması və qüsurların müəyyən edilərək aradan qaldırılması;
  • İstismar və təmir prosesində qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Səmərəli bərpa işlərinin aparılması;
  • Mexaniklərin nəzarəti altında dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş texnikanın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Texnikaların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, nizamlama işləri aparmaq;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.
  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Altı günlük iş həftəsi;
  • İş yeri: Bərdə-Qarabağ Regional Təmir Mərkəzi;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Xüsusi tələblər

  • Sahə üzrə texniki biliklər; Texnikaların elektrik sahəsi üzrə avadanlıqların təmirini icra etməlidir; Profilaktik işləri aparmalıdır;
  • Texnikaların elektrik hissələr üzrə işlərin yerinə yetirilməsinin əsas yollarını bilməlidir;
  • İstifadə edilən təmir və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını;
  • Texnikaların elektrik sxemləri ilə bağlı məlumatlı olmalıdır;
  • Hissələrin sökülmə\quraşdırılması qaydasını bilməlidir;
  • Texnikalara aid proqramların komputer vasitəsilə yazılması və diaqnostokasını aparmağı bacarmalıdır;
  • Qüsurluluq parametrlərini bilmək;

Telegram kanalımız