Texnoloji qurğuların operatoru

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehsal qurğularında texnoloji prosesin aparılması: Reagent istehsalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi;
  • Texnoloji proses zamanı baş vermiş kənarlaşmaların və qəzaların ləğvinə rəhbərlik edilməsi;
  • Reagent xammallarının xammallar parkına qəbul edilməsi;
  • Verilmiş resepturaya uyğun xammalların bunkerlənməsi və metodikaya uyğun qarışdırılması;
  • Xammalların və hazır məhsulların ölçülməsi;
  • Hazır məhsullardan analiz nümunələrinin götürülməsi;
  • Hazır məhsulların qablaşdırılması və sifarişçiyə göndərilməsi;
  • Əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarının öyrənilməsi və şöbənin işində tətbiq edilməsidə iştirak edilməsi.

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Texnoloji avadanlıq-qurğuların istismarı
  • Texnoloji avadanlıq-qurğuların quraşd-sı
  • Texnoloji avadanlıq-qurğulara baxış
  • Texnoloji avadanlıq-qurğulara qulluq
  • Texnoloji avadanlıq-qurğuların təmiri
  • Texnoloji avadanlıq-qurğuların sökülməsi
  • Əməyin təhlükəsizliyi
  • Sanitariya-gigiyena
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Yanğının söndürülməsi üsulları
  • Yanğınsöndürmə avadan. istifadə qayd.
  • Bilməlidir Neft və onun fraksiyalarını;
  • Neftin və neft məhsullarının ilkin emala hazırlanmasını;
  • Xam neft və neft məhsullarını;
  • Səthi Aktiv Maddələrin, ingibitorların, deemulqatorların və digər reagentlərin alınması, saxlanması və nəqlini;
  • Demulsasiya prosesini;
  • Neftin və qazın boru kəmərləri ilə nəqlini;
  • Korroziyanı;
  • Korroziyaya qarşı mübarizə tədbirlərini;
  • Reagent istehsalının texnologiyasını;
  • Reagent istehsalındakı qarışdırıcı qurğuların, çənlərin, ölçü bunkerlərinin, qızdırıcı və soyuducu qurğuların iş
  • prinsipini və elektrik, kinematik sxemlərini;
  • Reagent istehsalı zamanı texnoloji prosesin aparılmasını, müşahidə olunmasını, prosesin baş verə biləcək mürəkkəbləşmələrin və qəzaların ləğv olunması üsullarını;
  • Ölçü qurğularında və dərəcələnmiş çənlərdə reagentlərin ölçülməsini;
  • Nəzarət ölçü qurğularında prosesin aparılma qaydalarını;
  • Reagent xammallarının fiziki-kimyəvi tərkiblərini, onların ölçülməsi, qarışdırma uyğunluğunu;
  •  Reagent komponentlərinin boçka və digər taralardan, maşın sisternalardan qəbul edilməsini, analiznümunələrinin götürülməsini;
  • Taralar haqqında məlumat, taraların daşınması, yüklənməsi, boşaldılması, çeşidlənməsi və qeydiyyata alınmasını;
  • Reagent hazırlığınıntexnoloji prosesinin komputerdə sınaq nümayişini;
  •  Konteynerlərdən istifadə prosedurlarını. 

Telegram kanalımız