Müştəri Dəyərinin İdarə Edilməsi üzrə Mütəxəssis

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.
  • İş qrafiki: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir
  • İş yeri: Venesiya Plaza
  • Aylıq, rüblük və illik olaraq Müştəri Bazasının Artırılması strategiyası və Yol xəritəsinin nəzərdən keçirilməsinə dəstək vermək;
  • Müştəri əlaqələrini genişləndirmək və inkişaf etdirmək, təkmilləşdirilmiş hədəfləmə yolu ilə gəlirliliyi artırmaq imkanlarının müəyyənləşdirilməsinə nəzarət etmək;
  • Müştərilərlə bağlı riski minimuma endirmək üçün müştəri itkisini proqnozlaşdırmaq, təqib etmək və hesabat vermək, o cümlədən səmərəliliyin artırılması planını tərtib etmək;
  • Çarpaz/əlavə satış fəaliyyətlərini müəyyən etməklə müştəri ARPU-nu artırmaq, gəlirin azaldılmasının qarşısını almaq və əsas gəlir artımından cavabdeh olmaq;
  • Dəyəri artıra biləcək kommersiya həllərini müəyyən etmək, təklif və biznes hallarının inkişaf etdirilməsində seqment funksiyalarını dəstəkləmək müştvə əri bazası ilə bağlı təhlili şərh etmək;
  • Aksiya nəticələrini xərclə müqayisədə əldə edilən gəlir, müştərilərin cəlb edilməsi baxımından ölçmək və rəy bildirmək, o cümlədən araşdırılması və təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək;
  • Əsas gəlir dəyərini artırmaq üçün yeni imkanları müəyyənləşdirmək və tövsiyələri həyata keçirmək;
  • Təkliflərin və icranın innovativ və yeni yollarını tapmaq üçün digər komanda üzvləri ilə birlikdə çalışmaq;
  • Əsas aksiyalar vasitəsilə müştəri dəyərinin artırılması yolunu tapmaq üçün əsas tərəfdaşlarla əməkdaşlıq etmək.

Xüsusi tələblər

  • Riyaziyyat/ Statistika/İqtisadiyyat/Biznes sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Telco və ya IT sahəsində minimum 1 il təcrübə;
  • Məlumatların əldə edilməsi/manipulyasiyası, statistik təhlil/modelləşdirmə və avtomatlaşdırma sahələrində statistik proqramlaşdırma dili (məsələn, Python, R, SQL) üzrə mükəmməl bilik;
  • Azərbaycan, Rus və İngilis dillərində səlis bilik;
  • Yüksək analitik düşüncə, zirəklik, müştərini diqqət mərkəzində saxlamaq və komandada çalışmaq bacarığı;
  • Excel proqramı üzrə mükəmməl bilik;
  • Vizualizasiya bacarığı;
  • Güclü analitik təhliletmə bacarığı;
  • Biznes anlayışı və təqdimat bacarığı.

Telegram kanalımız