Videomüşahidə üzrə mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Çovdar filiz emalı sahəsi

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Çovdar Filiz Emalı sahəsi və ehtiyac yaranarsa digər emal sahələrində uyğun kabelləşmənin edilməsi, müşahidə kameralarının quraşdırılması və sazlanması;
  • Təhlükəsizlik sisteminə aid olan bütün kameraların təkmilləşdirmə işlərdə aktiv iştirak;
  • NVR/DVR sazlamaq və optimizasiya etmək;
  • NVR/DVR avadanlıqlarında və onlara bağlı saxlanc/yedəkləmə avadanlıqlarında raid massivlərinin yaradılması;
  • IP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyini təmin etmək;
  • HikCentral, iVMS və s. üzrə sazlanmaları etmək, habelə kamera proqram təminatı ilə istifadəçi kompüterlərində çıxan problemləri həll etmək;
  • Kamera yaddaş disklərinin dolmasına, yedəklənməsinə və sazlığına nəzarət etmək;
  • Kamera müşahidə sistemlərinin fasiləsiz işini təmin etmək;
  • Kamera müşahidə sisteminə və onun komponentlərinə zəruri texniki dəstəyi və profilaktika xidmətini göstərmək;
  • Baş verən hadisələrlə bağlı birbaşa rəhbərliyə vaxtında məlumat vermək;
  • Kamera müşahidə sistemlərində müşahidə oluna biləcək kəsintilərin hesabatını aparmaq;
  • Wi-Fi şəbəkə avadanlıqların (AP) sazlanması (UniFi və s.);
  • Genişlənməkdə olan kamera müşahidə sistemlərinin aktual xəritəsini təmin etmək;

Xüsusi tələblər

  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri (texniki səviyyədə) arzuolunandır.
  • Kamera sistemlərinin qurulması, sazlanması və texniki baxış (maintenance) üzrə biliklər;
  • “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə administrativ biliklər;
  • Raid massivləri haqqında biliklərə sahib olma;
  • Kabel çəkmək və düzgün “Jack” (RJ-45) vurmaq bacarığı;
  • Fiber-optik şəbəkə xəttləri ilə işləmə qabiliyyəti;
  • “Wi-Fi” şəbəkə avadanlıqlarnan (Access Point) iş təcrübəsi;
  • Baza/ilkin şəbəkə konfigurasiyası biliklərinə sahib olma;
  • “Client” tipli əməliyyət sistemləri üzrə (Windows 7/8.1/10/11) ən azı power user səviyyəsində biliklər;
  • NVR/DVR sazlamaq və optimizasiya etmək;
  • NVR/DVR avadanlıqlarında və onlara bağlı saxlanc/yedəkləmə avadanlıqlarında “Raid” massivlərinin yaradılması;
  • Detallara fikir vermək qabiliyyəti, komandada işləmə bacarığı, çeviklik və məsuliyyətlilik bacarığı, böyük ərazidə quraşdırılmış kamera sistememinin tamlığına nəzarət, hündürlükdə və çətin hava şəraitində işləmə qabiliyyəti;
  • İş zamanı təhlükəsizlik qaydalarına (SƏTƏM) riayyət etmək.
  • Tələb olunan təhsil və iş təcrübəsi:
  • Təhsil tələb olunmur.
  • Müvafiq sahə üzrə ən azı 2 il təcrübə
  • İş qrafiki İş saatları: 08:00 – 17:00;
  • Nahar fasiləsi: 12:00-13:00;
  • Şənbə və Bazar istirahət günüdür.

Telegram kanalımız