Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi

Bakı

Kapital Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;
  • Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
  • Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;   
  • Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək; 
  • Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Yüksək səviyyədə Excel və SQL  biliklərinə malik olmalı
  • İFRS9, R və Python üzrə biliklər arzu olunandır;
  • Modelləşmə sahəsində, və Audit/Nəzarət/ Kredit riskləri üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
  • Dəqiqlik və detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə sahiblik;
  • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;

Telegram kanalımız