Layihə meneceri

Bakı

Gravity Inc. MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihəyə cəlb olunacaq işçi heyətinin ştat cədvəlinin formalaşdırılması, işçi heyəti üzrə vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi, işçi heyətinin layihəyə cəlb edilməsi və onların inkişafı üçün mütəmadi təlimlərin keçirilməsi
  • Komanda üzvlərinin vəzifələrini, rolları və funksiyalarının müəyyənləşdirilməsi, işlərin effektiv şəkildə aparılmasına nəzarət edilməsi
  • Layihənin və mövcud elektron platformanın tələblərinə, həmçinin hədəf bazarının ehtiyaclarına cavab verən məhsul strategiyasının hazırlanması
  • Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi
  • Verilmiş layihələrin tələb və məqsədlərinə uyğun olaraq risk cədvəlinin və digər zəruri sənədlərin hazırlanması
  • Təlim və tədris materiallarının meyarlara uyğun hazırlanması məqsədilə son istifadəçi, həmçinin əmək bazarı ehtiyaclarının müəyyən edilməsi üçün təhlilinin aparılması
  • Hazırlanacaq təlim və tədris materiallarının istifadəçi ehtiyaclarına cavab verməsi üçün istifadəçi testinin keçirilməsi, rəylərə əsasən materialların inkişaf etdirilməsi
  • Hazırlanacaq təlim və tədris materiallarında istifadə olunacaq dizayn elementlərinin istifadəçi ehtiyaclarına cavab verməsi, standartlara uyğun olmasını təmin etmək üçün dizayn komandası ilə əməkdaşlıq
  • Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsi, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması
  • Tələb olunan sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması
  • Gündəlik, həftəlik, aylıq iş planının qurulması və layihələrin mütəmadi monitorinqinin aparılması və bütün məqamlarla bağlı məlumatların detallı şəkildə aidiyyatı şəxslərə ötürülməsi
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi
  • Layihənin icrası zamanı lazımi bütün sənədlərin hazırlanması, görülmüş işlər üzrə hesabatların verilməsi və layihə üzrə təhvil-təslim prosesinin təmin edilməsi
  • Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi

Xüsusi tələblər

  • Layihələrin idarəedilməsi sahəsində minimum 3 il təcrübə (oxşar layihələr üzrə portfolio mütləq göstərilməlidir)
  • Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya mütləqdir (PMP, PRINCE2 və ya digər uyğun sertifikasiya)
  • İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması
  • Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları
  • Komandanın idarə edilməsi bacarıqları
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ingilis dillərini bilməsi arzuolunandır
  • MS Office proqramlarından mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür)
  • Tədris idarəetmə sistemləri, təhsil proqramları və onlayn platformalar kimi təhsildə istifadə olunan rəqəmsal texnologiyalar və alətlərlə tanışlıq

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız