Neft və qazçıxarma üzrə usta (Şəmkir rayonu)

Şəmkir

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək məhsuldarlığının yüksəldilməsinə nəzarət etmək, neft və qazçıxarma üzrə plan tapşırıqlarını yerinə yetirilməsini təmin etmək;
  • İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını briqadalara çatdırmaq;
  • Quyunun texnoloji rejiminə nəzarət etmək üçün nəzarət ölçü cihazlarına baxışı keçirmək;
  • Quyunun iş rejiminin təyin olunması və bu rejimdə işləməsinə nəzarət etmək;
  • Quyunun hermetikliyə yoxlanılması üzrə tapşırıqlar vermək və icrasına nəzarət etmək; 
  • Quyularda həlqəvi fəza təzyiqinin enməsinə və yüksəlməsinə nəzarət etmək;
  • Quyu nizamlayıcılarının yoxlanılması, ehtiyac olduqda dəyişdirilməsinə nəzarət etmək;
  • Neft və qazın nümunələrinin analiz üçün laboratoriyaya göndərilməsini təmin etmək;
  • İstehsal fəaliyyətinin nəticələrini təhlil etmək;
  • Elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsinə nəzarəti təmin etmək;
  • Tələb olunan texnika, materiallar, alətlər üçün sifarişləri vaxtında tərtib etmək;
  • Fəhlələrin avadanlıq və alətlərdən düzgün istifadə etməsini təmin etmək;
  • Quyuların texnoloji iş rejimlərində olan kənarlaşmaların səbəblərini operativ şəkildə aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görmək;
  • •Neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin
  • etmək;
  • •Neft yığım məntəqələrində neftin ilkin təmizlənməsinə nəzarət etmək;
  • Vəzifə öhdəlikləri (funksiyalar)
  • Neft və qazçıxarma sahəsi üzrə quyuların təmirə vermək və təmirdən qəbuluna nəzarət etmək;
  • Neft-qaz mədən avadanlıqların işləkliyini təmin etmək;
  • Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Yeni texnoloji proseslərin yaradılmasında və fəaliyyətdə olanların təkmilləşdirilməkndə iştirak etmək;
  • İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak etmək;
  • Baş vermiş bədbəxt hadisələrin araşdırılmasında və onların qarşısınınalınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək; və qaz hasilatı üzrə briqadaların fəaliyyətinin idarə olunması təmin etmək;
  • İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgünvə vaxtında rəsmiləşdirilməsini təmin etmək;
  •  Təhlükəli əmək şəraitli işlərin əvvəlcədən işlənib hazırlanmış plan, əməyin təşkili layihəsi və ya tapşırıq-icazə vərəqəsi əsasında aparılmasına rəhbərlik etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələrinə və tətbiqinə nəzarət etmək;
  • Fəhlələrə təhlükəli əmək şəraitli işlərin yerinə yetirilməsi tapşırığı verərkən, bu haqda jurnalda və tapşırıq-icazə vərəqəsində müvafiq qeydlər aparmaqla onlara xüsusi təlimat keçmək;
  • Baş vermiş bədbəxt hadisə barəsində özünün rəhbərliyinə, idarə rəhbərlərindən birinə və Həmkarlar İttifaqı Komitəsinə məlumat vermək;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı işləri təşkil etmək. 


Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
  • İşi təqib etmə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Qrup liderliyi
  • Stresin idarə edilməsi
  • Səriştəlik və digər tələblər
  • Səlahiyyətvermə
  • İşçiləri inkişaf etdirmə
  • Yazılı özünüifadə
  • Planlama və təşkiletmə
  • Problem analiz etmə
  • Mühəndis-geoloji işlərini;
  • Quyuların texnoloji rejimlərin saxlanılmasını;
  • Quyu iş rejiminin saxlanılmasını;
  • Neft və qaz quyularının veriminin ölçülməsini;
  • Quyunun təmirə hazırlanmasını;
  • Lay sularının təmizlənməsi və utilizasiyasını;
  • Neftin və qazın təhvili və yığılmasını;
  • Əməyin sağlamlığı,təhlükəsizliyi,sanitariya-gigiyena normalarını;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını. 

Telegram kanalımız