Dəmirçi (Avtonəqliyyat və xüsusi texnikalar üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtonəqliyyat və xüsusi texnika vasitələrinin xüsusi mürəkkəb və məsuliyyətli detallarının səthlərini təmiz emal etməklə layihə və nümunələrə əsasən əl ilə çəkiclərdə və preslərdə döyülməsi, əyilməsi, düzəldilməsi və qaynaq edilməsi;
  • Qalınlığı 12 mm-dən yüksək olan avto detalların və böyük ölçülü məmulatların əyilməsi, düzləndirilməsi və kənarların düzəldilməsi;
  • Dəmirçi işi bitdikdən sonra bütün detal, aqreqat və mexanizmlərinin işə hazırlanmasının təmin edilməsi, döyülmələrin keyfiyyətinin yoxlanılması;
  • Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsi.

Xüsusi tələblər

  • Peşə təhsili / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Səriştəlik və digər tələblər
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Müxtəlif güclü hidravlik, buxarhidravlik preslərin və buxarhava çəkiclərinin konstruktiv xüsusiyyətlərini;
  • Dəmirçi istehsalında işlədilən dəmirçi qızdırıcı sobalarının, qaldırıcı mexanizmlərinin quruluşunu;
  • Sərbəst döymədə istifadə edilən dəmirçi alətinin və tərtibatlarının hazırlanma üsullarını;
  • Preslərin, çəkiclərin, ştampların, döyəclərin sıradan çıxarılmasının əsas səbəblərini və onların qarşısının alınması üsullarını;
  • Poladın mexaniki keyfiyyətlərinə döymənin göstərdiyi mənfi təsirlərin aradan qaldırılması üsullarını;
  • Döymələrin kütləsinin və döymə üçün külçələrin ölçülərinin təyin edilməsi üsullarını; Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
  • Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.
  • Mürəkkəb dəmirçi işlərinin yerinə yetirilməsi üsullarının və döymənin mürəkkəb üsullarını emal edilən metalların qızma və soyuma rejimlərini qızma rejimindən asılı olaraq metalın strukturunu dəyişməsini.

Telegram kanalımız