Mühəndis (mülki müdafiə üzrə, Ağdaş şəhəri)

Ağdaş

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • MQKS-i üzrə Mülkü müdafiə (bundan sonra - MM) qüvvələrinin yaradılmasıda, MM-nin təşkili üzrə təkliflərin hazırlanmasında iştirak etmək.
  • MM qərargahının təşkilində, fəaliyyət planının hazırlanmasında iştirak etmək.
  • MQKS-i üzrə MM planını (5 illik) hazırlamaq və plana uyğun olaraq MM-ni təşkil etmək:
  • Alınmış qeydlərin və hazırlanmış MM tədbirlər planının ilkin variantı əsasında sahənin növbəti il üçün MM tədbirlər planın hazırlamaq və sahə rəisinə təqdim etmək,
  • Elektron variantda hazırlanmış, sahə rəisi ilə razılaşdırılmış və növbəti il üçün nəzərdə tutulmuş MM tədbirlər planını çap etmək və razılaşdırılması üçün Fövqəlada və Mülkü Müdafiə şöbəsinə təqdim etmək,
  • Razılaşdırılmış planını sahə rəisi tərəfindən təsdiqlənməsindən sonra qovluğa tikmək,
  • MM planına (5 illik) müvafiq olaraq sahədə MM-nin həyata keçirilməsində iştirak etmək,
  • MM planında (5 illik) dəqiqləşdirmələrin və müvafiq düzəlişlərin aparılması barədə təkliflər hazırlamaq.
  • Sahədə cari il üçün illik MM tədbirləri planını hazırlamaq, plana uyğun olaraq MM-ni təşkil edilməsinə və həyata keçiriməsinə nəzarət etmək:
  • Sahənin cari il üçün aylıq və illik MM tədbirləri məlumatlarını hazırlamaq,
  • MM tədbirləri planını Fövqəlada və Mülkü Müdafiə şöbəsi ilə razılaşdırmaq,
  • MM tədbirlərinin təşkili və həyata keçirilməsi ilə əlaqədar əmr layihəsini hazırlamaq.
  • İllik MM tədbirləri planında nəzərdə tutulmuş tədbirləri sahədə yerinə yetirmək.
  • Sahədə hərbiləşdirilməmiş MM qüvvələrinin yaradılmasını, şəxsi heyətin təyin edilməsini və hazırlığını həyata keçirmək:
  • Sahədə FHK-nı və MM qərargahını yaratmaq,
  • Vəzifə öhdəlikləri (funksiyalar) Hərbiləşdirilməmiş MM qüvvələrinin şəxsi heyətinin və qüvvələrə daxil olmayan işçilərin mülki müdafiəyə hazırlığı üzrə tədris qruplarını yaratmaq və qrup rəhbərlərini təyin etmək,
  • MM üzrə hazırlığın məşğələ cədvəlləri üçün məlumatları hazırlamaq,
  • MM qüvvələrinin və işçilərin fövqəladə hadisələrdən müdafiəyə hazırlığının həyata keçirilməsində iştirak etmək.
  • Fövqəladə hallarda şəxsi heyətin MM-yə hazırlanması üçün madditexniki bazanı yaratmaq:
  • Sahənin işçilərinin radioaktiv və kimyəvi zəhərlənmədən mühafizəsini təmin etmək məqsədilə fərdi mühafizə vasitələrinin (əleyhqazlar, respiratorlar, mühafizə geyimləri və s.), kimyəvi-kəşfiyyat, dozimetrik nəzarət cihazlarının və digər MM əmlak və avadanlıqlarının ehtiyatının yaradılması haqda təkliflər vermək,
  • Fövqəladə hallarda şəxsi heyəti fərdi mühafizə vasitələri ilə təmin etmək,
  • Fərdi mühafizə vasitələrinin düzgün saxlanmasına nəzarəti həyata keçirmək.
  • Obyekt Mülki Müdafiə məşqini keçirmək:
  • MM illik tədbirlər planında nəzərdə tutulmuş obyekt məşqinin keçirilməsi ilə əlaqədar olaraq məşqə aid olan sənədləri (təşkilati göstərişlər, obyekt MM məşqi üzrə tapşırıqlar, təcili məlumatlar cədvəli, Şərti siqnallar cədvəlini) hazırlamaq,
  • Məşqin keçirilməsi planını, İzahedici yazını, niyyət xəritəsini, zərfləri (məlumatların təqdim edilməsi) MM məşqinə hazırlıq planını, məşqin gedişi zamanı təhlükəsizlik tədbirlərinin sənədlərini hazırlamaq,
  • MM obyekt məşqinə hazırlıq işlərini yoxlamaq,
  • Obyekt məşqinin keçirilməsi üçün vasitəçilər qrupunun tərkibini müəyyən etmək məqsədilə əmr layihəsini hazırlamaq, vasitəcilər qrupunu təlimatlandırmaq,
  • Məşqin imitasiya planını, praktiki elementləri hazırlamaq,
  • Şəxsi heyəti praktiki fəaliyyətə hazırlamaq,
  • Cəlb ediləcək texnika və vasitələri müəyyənləşdirmək,
  • Ardıcılığı təmin etmək,
  • Obyekt MM məşqinin keçirilməsi barədə yekun məlumatı hazırlamaq, razılaşdırılması və təsdiqinin yekun variantını müvafiq şöbəyə göndərmək.
  • Sahənin mərkəzi aparatında və xidmət sahələrində çalışan MM rəhbər heyətinin, MM üzrə mütəxəssislərin fəaliyyət istiqamətləri çərçivəsində MM kurslarında hazırlıq keçirilməsini təmin etmək.
  • Hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis və şəxsi heyətinin hazırlanması çərçivəsində təlimi təşkil etmək:
  • Sahənin mərkəzi aparatında və xidmət sahələrində yaradılmış hərbiləşdirilməmiş MM qüvvələrinin komandir rəis və şəxsi heyyətinin hazırlıq keçməsi üzrə plan-qrafiki hazırlamaq və sənədin razılaşdırmaq,
  • İllik və 5 illik perspektiv MM kurslarının perspektiv planlarını tərtib etmək,
  • MM qüvvələrinin şəxsi heyəti, rəhbər heyətlə 15 saatlıq, MM qüvvələrinə cəlb olunmayan işçilərlə 12 saatlıq tədrisi təşkil etmək,
  • Dərs cədvəlllərini, jurnalları tərtib etmək, plan-konspektləri hazırlamaq, normativləri keçirmək,
  • MM gününün qeydi ilə əlaqədar sənədləri və hesabatları hazırlamaq. 
  • Sahəninin mərkəzi aparatında və xidmət sahəsində MM-nin təşkili və fövqəladə hallarda fəaliyyətə hazırlığın davamiyyəti haqda aylıq və illik məlumat və hesabatları hazırlamaq.
  • MM tədbirlərinin keçirilməsi üzrə yekun sənədlərin və hesabatların məşq və təlimlər keçirildikdən sonra Qaz İxrac İdarəsinə və ərazi üzrə Regional Mülki Müdafiə şöbəsinə təqdim etmək.
  • Sahənin MM-nin təşkili və fövqəladə hadisələrdən mühafizəyə hazırlıq səviyyəsini nəzarətdə saxlamaq.
  • MM-nin təşkili və fövqəladə hadisələrdən mühafizəyə hazırlıq üzrə yoxlama planında nəzərdə tutulmuş yoxlamaları həyata keçirmək və yoxlamanın nəticələrini müvafiq şöbəyə təqdim etmək.
  • Sahənin və xidmət sahəsinin mühafizsini təşkil etmək və mühafizənin aparılmasına nəzarət etmək.
  • Buraxılışla əlaqədar mühafizə xidmətlərinə müraciətləri hazırlamaq.
  • Buraxılış rejimi və obyektdaxili rejim qaydalarını tərtib olunmasını, razılaşdırılmasını və təsdiq edilməsini təmin etmək.
  • Obyektlərin mühafizəyə götürülməsində və nəzarətin həyata keçirilməsində iştirak etmək.
  • Sahədə buraxılış rejiminin təşkilinə və təmin olunmasına kömək etmək.
  • Sahədə rejimli binaların, otaqların və ərazilərin mühafizəsinin təşkilində, buraxılış sisteminin və obyektdaxili rejim qaydalarının təmin olunmasında iştirak etmək, mühafizəçilərin xidməti vəzifələrini yerinə yetirməsinə nəzarət etmək.
  • Sahədə mövcüd olan səfərbərlik ehtiyyatlarının uçotunu aparmaq:
  • Sahədə və xidmət sahələrində mövcüd olan səfərbərlik ehtiyyatlarının dəqiqləşdirilməsi, uçotunun aparılmas və məlumat şəklində MM üzrə şöbələrə təqdim etmək.
  • Rəhbərliyin tapşırıq və göstərişlərini yerinə yetirmək.
  • Fövqəladə vəziyyət zamanı FMV-lərin paylanma məntəqəsinin yaradılmasını təşkil etmək.
  • MM qüvvələrinin iştirakı ilə mühafizə qurğularını hazır vəziyyətə gətirmək.
  • İdarəetmə məntəqəsini işə hazırlanması qarşılıqlı əlaqə ilə fəaliyyət göstərən MM obyektinin qüvvələri ilə rabitəni yoxlamaq.
  • Sahənin balansında olan MM əmlakının müvafiq normalara uyğun qorunub saxlanmasını təmin etmək.
  • Radiasiya və kimyəvi zəhərlənmələrə nəzarət etmək, vəziyyət haqqında məlumatları toplamaq və təhlil etmək.
  • Lazımi uçot və hesabat xarakterli sənədləşdirməni, həmçinin müvafiq hesabatları tərtib etmək.
  • İşin səmərəli təşkili üçün müvafiq rəhbərliyə mütəmadi olaraq məlumat vermək.
  • MM üzrə toplantılarda iştirak etmək.
  • MM üzrə qabaqcıl təcrübəni öyrənilməsimək və tətbiq etmək.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Nizam-intizam
  • Öyrənmə qabiliyyəti
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • Microsoft PowerPoint
  • Mülki müdafiə
  • Məxfi rejim
  • Hərbi səfərbərlik
  • Keyfiyyət idarəetmə sistemi
  • Ətraf mühitin idarə edilməsi sistemi
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • Davran. və Təhlükəsizl. Müşahidə Sistemi
  • Əməyin sağlam. və təhlükəsizliyi sistemi
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini bilməli;
  • Davranışın və Təhlükəsizliyin Müşahidə Sistemini bilməli;
  • Keyfiyyət idarəetmə sistemini bilməli;
  • Əməyin sağlamlığı və təhlükəsizliyi sistemini bilməli;
  • Ətraf mühitin idarə etmək sistemini bilməli;
  • Mülki müdafiə və Məxfi rejim qaydalarını bilməli;
  • Hərbi səfərbərlik barədə məlumatl və qaydaları bilməli; 

Telegram kanalımız