Melissa Group“Melissa Akademiya” layihəsi çərçivəsində gənclərin iş mühitinə inteqrasiyasını təmin etmək, onların ənənəvi ödənişli yay təcrübə proqramına başlayır. Proqram aşağıda qeyd edilən bölmələr üzrə mərhələli dəyərləndirmələr ilə seçilən ali təhsil müəssisələrinin son kurs tələbələrinin 3 ay müddətində həm tədris, həm də praktik iş prosesləri ilə tanış edir, onlara korperativ mühitdə real keyslər və tapşırıqlarla öyrənmə, təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə isə iş imkanı yaradır.
Təcrübə proqramı müddətində hər ay üzrə təcrübəçilərin səriştəlik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanaraq, mənimsəyə bilmədikləri istiqamətdə əlavə iş planlaması aparılacaqdır
Təcrübəçilər təcrübə müddətində qəbul olduqları istiqamət üzrə qanunveciliyə uyğun qaydada işə qəbul olunacaqlar
Təcrübə proqramı ödənişli əsaslarla həyata keçiriləcəkdir.
Proqramın sonunda proqramı uğurla tamamlamış təcrübəçilər müvafiq tövsiyyə məktubu və proqramı uğurla tamamlama sertifikatı ilə təmin olunacaqlar.
Müraciət olunacaq istiqamətlər:
Müştəri xidmətləri
Satış
Memarlıq
Smeta
İnzibati işlər
İş qrafiki: 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən olunur.
CV-lərdə şəxsi məlumatların dolğun əksi və foto tələb olunur.
Xüsusi tələblər
Təcrübə proqramı üzrə aktiv göstərilən bölmələrə uyğun ixtisaslar və ya ona yaxın ixtisaslar üzrə ali təhsil almaq.
Komanda işi bacarıqları
Ünsiyyət bacarıqları: Azərbaycan dili üzrə səlis danışıq.
Müştəri xidmətləri və satış istiqamətində Azərbaycan dili və rus dili üzrə yüksək şifahi ünsiyyət bacarıqları