Data sahəsinin məhsul sahibi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Bankdaxili data sahibləri ilə kommunikasiya quraraq onlarlda birlikdə datanın idarə edilməsi sahəsində olan problemlərin aşkarlaması, onların həlli üçün biznes və texniki tələblərinin formalaşdırılması və komandaya səsləndirilməsi;
  • Datanın idarə edilməsi üzrə görüləcək işlərin siyahısının (backlog-un) formalaşdırılması və onun icrasının təmin edilməsi, uğurlu nəticə meyarlarının müəyyən edilməsi;
  • Datanın idarə edilməsi proseslərinin daim təkmilləşdirilməsinin təmin edilməsi;
  • Data texnologiyaları departamenti daxilindəki müxtəlif data ekspertləri ilə birgə datanın idarə edilməsi üzrə təcrübələrin ən uyğun texnoloji həllərinin tətbiqi əsasında qurulmasının təmin edilməsi;
  • Datanın idarə edilməsi sahəsində görülən işlərin gedişatını izləmək imkanını verən hesabatların və dashboard-ların hazırlanması;
  • Bankın digər texnoloji yönümlü ilə zəruri kommunikasiyanın qurulması və yarana biləcək problemlərin həlli üçün addımların atılması;
  • Agile iş prinsiplərinə uyğun olaraq, komandaya backlog-dakı işlərin çatdırılması, komanda ilə birgə işlərin icrasının planlaşdırılması, onların gedişatın izlənməsi və qiymətləndirilməsi.

Xüsusi tələblər

  • Bankda və ya fintech şirkətində minimum 3 il təcrübəyə;
  • Bankın biznes prosesləri və məhsulları üzrə dərin biliklərə
  • Layihələrin idarə edilməsi və ya komandanın idarə edilməsi üzrə təcrübəyə (arzuolunandır);
  • “Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Güclü təhlil bacarıqlarına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.

Telegram kanalımız