Böyük mühəndis (Qusar rayonu)

Qusar

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nəzarət - ölçü cihazları və avtomatika avadanlıqlarına texniki baxış keçirmək.
  • Xromatoqraf, termosensor, helium qaz balonu və kalibrə olunmuş qaz balonunun giriş - çıxış təzyiqlərinə nəzarət edilməsi və baxışın keçirilməsinə nəzarət etmək.
  • Əsas və köməkçi cihazlarla göstəricilərin tutuşdurulması.
  • Nəzarət-ölçü cihazlarının kalibrlənməsi.
  • Nəzarət-ölçü cihazları və avtomatika avadanlıqlarına, impuls və baypas xətlərindəki siyirtmələrə plombun vurulmaq, qorunub saxlanılması işlərində iştirak etmək.
  • Nəzarət - ölçü cihazları və avtomatika avadanlıqlarına dövlət yoxlanmasından keçirilməsi işlərində iştirak etmək.
  •  Qazın ölçü məntəqəsində olan avadanlığın təftiş olunmasında və baypas avadanlığının yoxlanmasında iştirak etmək.
  •  Qaz ölçü kompleksinin planlaşdırılmış və ya növbədənkənar təftişlərin aparılması işlərində iştirak etmək.
  • Qaz qurğularında texnoloji prosesin aparılmasına və avadanlığın işinə nəzarət etmək.
  • Qaz ölçü qovşağından keçən qazın texniki parametrlərinə nəzarət etmək, elektron sistemə (komputerə) vermək, saatlıq və gündəlik həcmin hesabatlarını aparmaq.
  • Siyəzən kompressor stansiyasından ötürülmüş qazın texnoloji rejimə uyğunluğuu yoxlamaq.
  • Ötürülmüş qaz texnoloji rejimə uyğun olmadıqda, aqreqatların işə salınması, nəql ediləcək qazın sıxılması, təmizlənməsi və qurudulması əməliyyatlarının yenidən aparılması barədə Xidmət rəisini məlumatlandırmaq.
  • Ötürülmüş qaz texnoloji rejimə uyğun olduqda, Rusiya
  • Federasiyasının nümayəndəsi ilə birlikdə ölçü qovşağında rejimin yoxlanmasında və qazın Rusiya Federasiyasının «Qazprom» ASC-nin tərkibinə daxil olan «Qazeksport» MMC-yə ötürülməsi əməliyyatına nəzarət olunmasında iştirak etmək;
  • İllik iş planı ilə bağlı təkliflər hazırlamaq.
  • Növbəli iş rejimində çalışan işçilərin işə çıxma qrafiklərinin hazırlanması, personalın iş yerlərinə bölüşdürülməsi və onların işinə nəzarət etmək.
  • Texnoloji proses zamanı baş vermiş kənarlaşmaların və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görmək.
  • Texniki sənədlərin, müəyyən olunmuş müddətlər üzrə qoyulmuş forma və hesabatları hazırlamaq.
  • Qazın xüsusi çəkisi, parametrləri, qazın yanma qabiliyyəti və qazın aylıq sərfi barədə məlumatlara baxılması, təhlil edilməsi və xidmət üzrə aylıq hesabatları hazırlamaq.
  • Xidmət üzrə işçilərin aylıq iş vaxtının uçotu cədvəlini hazırlamaq.
  • Tətbiq olunan Beynəlxalq standartların tələblərinə riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasının təmin etmək.
  • Xidmət ərazisində abadlığın, yaşıllığın, iş yerlərində təmizliyin, səliqə-səhmanın olması istiqamətində müvafiq tədbirlərin görülməsi.
  • Ölçü mərkəzinin inzibati binasında və ölçü qovşaqlarında əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək.
  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
  • Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdənsəlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
  • Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dərketmə
  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Mühakimə
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Problem analiz etmə
  • Şifahi özünüifadə
  • Təqdimetmə
  • İşi təqib etmə
  • Yaradıcılıq
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • Əməyin mühafizəsi
  • Əməyin sağlamlığı
  • Əməyin təhlükəsizliyi
  • Əmək şərаitinin normallaşdırılması
  • Sanitariya-gigiyena
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Magistral qaz kəmərlərinin istismarı
  • Magistral qaz kəmər. təm.və.tex.xid.
  • Qazpaylayıcı stansiyaların istismarı
  • Qazpaylayıcı stan.rın təm.və.tex.xid.
  • Qaz həcmlərinin uçotu və hesabatı
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  •  İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, Sanitariya-gigiyena, Əməyin sağlamlığı təlimatlarını bilməli;
  • Magistral qaz kəmərlərinin istismarı qaydalarını bilməli;
  • Magistral qaz kəmərlərinin təmir və texniki xidmət işlərini bilməli;
  • Qazpaylayıcı stansiyaların istismarı qaydalarını bilməli;
  • Qazpaylayıcı stansiyaların təmiri və texniki xidmət qaydalarını bilməli;
  • İşlərin aparılması metodlarını qaydalarını bilməli;
  • Nəql olunan qazın satışı, ixracı və nəql xərclərinin hesablanması qaydalarını bilməli;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri bilməli. 

Telegram kanalımız