Böyük mühəndis-kimyaçı (Qusar rayonu)

Qusar

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nəzarət - ölçü cihazları və avtomatika avadanlıqlarına texniki baxışı keçirilmək.
  •  Laboratoriya avadanlıqlarının, cihaz və qurğularının təmiz, saz vəziyyətdə saxlanması, onların kimyəvi təhlillərin aparılmasını hazırlamaq.
  • Cihaz və avadanlıqların təlimatlara əsasən yoxlamaq, göstəricilərinin və təhlilin nəticələrinin işçi jurnalda qeydiyyatını aparmaq.
  •  Qazın nəqli zamanı kimyəvi təhlilləri aparmaq.
  • Standarta uyğun nəql edilən qazın kimyəvi təhlilərinin aparılması məqsədilə nümunələrin götürülməsi və keyfiyyətini yoxlamaq.
  • Qaz ölçü kompleksinin planlaşdırılmış və ya növbədənkənar təftişlərin aparılması işlərində iştirak etmək.
  • Siyəzən kompressor stansiyasından ötürülmüş qazın texnoloji rejimə uyğunluğunu yoxlamaq.
  • Ötürülmüş qaz texnoloji rejimə uyğun olmadıqda, aqreqatların işə salınması, nəql ediləcək qazın sıxılması, təmizlənməsi və qurudulması əməliyyatlarının yenidən aparılması barədə Xidmət rəisinməlumatlandırmaq.
  • Ötürülmüş qaz texnoloji rejimə uyğun olduqda, Rusiya Federasiyasının nümayəndəsi ilə birlikdə ölçü qovşağında rejiminyoxlanmasında və qazın Rusiya Federasiyasının «Qazprom» ASC-nin tərkibinə daxil olan «Qazeksport» MMC-yə ötürülməsi əməliyyatına nəzarət olunmasında iştirak etmək.
  • Qaz nəql edilən borudan (giriş - çıxış) qaz nümunəsini götürmək.
  • Hava çəkisinin müayinə olunması və analitik tərəzidə müayinə etmək.
  • Nəql edilən təbii qazın xüsusi çəkisinin təyin etmək.
  • Verilmiş parametrlərin göstərişi ilə otaq temperaturu cədvəlinə və xüsusi düstura əsasən təhliləri aparımaq.
  • Nəticələrə əsasən jurnalda qeydlərin aparılması və aktın tərtib etmək.
  • İllik iş planı ilə bağlı təkliflərin hazırlanması.
  •  Aparılmış təhlillər, sınaqlar və tədqiqatların nəticələrinin
  • Vəzifə öhdəlikləri (funksiyalar) araşdırılması və hesabatın tərtib edilməsi
  • İstifadə olunan laboratoriya təhlil üsullarının təkmilləşdirilməsi və yeni üsulların işlənib hazırlanması.
  • Xidmət tərəfindən aparılan işlərin texniki sənədlərin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak etmək;
  • Tətbiq olunan Beynəlxalq standartların tələblərinə riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasının təmin etmək.
  • Xidmət ərazisində abadlığın, yaşıllığın, iş yerlərində təmizliyin, səliqə səhmanın olması istiqamətində müvafiq tədbirlərin görmək.
  • Ölçü mərkəzinin inzibati binasında və ölçü qovşaqlarında əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək.
  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
  • Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
  • Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən  olunmuş digər hüquq və səlahiyyətlər. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dərketmə
  • Detallara diqqət
  • Səriştəlik və digər tələblər
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Mühakimə
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Problem analiz etmə
  • Şifahi özünüifadə
  • Təqdimetmə
  • İşi təqib etmə
  • Yaradıcılıq
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • Əməyin mühafizəsi
  • Əməyin sağlamlığı
  • Əməyin təhlükəsizliyi
  • Əmək şərаitinin normallaşdırılması
  • Sanitariya-gigiyena
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Magistral qaz kəmərlərinin istismarı
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • Analizlərin aparılması metodlarını bilməli;
  •  Qazın tərkibini bilməli;
  • Analiz zamanı istifadə edilən reaktivlərin tərkibini bilməli;
  • Yeni müasir metodlardan düzgün istifadə etməyi, o cümlədən elektron-hesablama texnikasının imkanlarından istifadə etməyi bilməli;
  • İşlədiyi avadanlıqların iş prinsipini bilməli;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qayda və normalarını bilməli;
  • Daxili intizam qaydalarını bilməli,
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilməli;

Telegram kanalımız