Mexanik (Dalğıc xidməti üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Suyaenməyə hazırlıq işlərinin görülməsi, avadanlıqların texniki istismar qaydalarına uyğun istismarını təmin və nəzarət etmək;
  • Endirilmə və qaldırma qurğusunun ballastını və dalğıc suyaenmə səbətinin işçi və qəza rejimində yoxlamaq;
  • Dizel mühərrikli qəza elektrik generatorunun, nasosların mexaniki hissələrinin və mexaniki əl bucurqadının texniki tələblərinə uyğun olaraq işçi vəziyyətini yoxlamaq;
  • Dalğıcları su altında hava ilə təmin etmək üçün alçaq və yüksək təzyiqli hava təminatı sistemini yoxlamaq və işlək vəziyyətə gətirmək;
  • Barokamera, dalğıc hava lövhələrinin, pnevmatik ləvazimatların və şlemlərin yoxlanması üçün hava ilə təmin etmək; 
  • Dalğıc su qızdırıcı qurğusunun işlək vəziyyətini, şirin və dəniz su təminatı ilə təmin olunmasını yoxlamaq;
  • Dalğıc ehtiyat hava balonlarının və reklərinin müvafiq həcmdə hava ilə doldurulmasını təmin etmək;
  • Xamıtların su üstü nəqli üçün pantonları yoxlamaq və hava ilə doldurmaq;
  • Hazırlıq işləri yekunlaşdıqdan sonra avadanlıqların texniki vəziyyətələrinin yoxlanması haqqında avadanlıqların texniki sənədlərində, məlumat vərəqəsində müvafiq qeydləri aparmaq və iş rəhbərinə təqdim etmək;
  • Dalğıcların suya endirib qaldırma qurğusunun idarə olunması və hava təminatına nəzarət etmək.
  • Sualtında kəsmə işlərini həyata keçirmək;
  • Görüləcək işlərin xüsusiyyətinə uyğun olaraq tələb olunan avadanlıqları işə hazırlamaq;
  • Avadanlıqların işçi vəziyyətini yoxlamaq;
  • Hidravlik mərkəzlə və ya pnevmatik mexanizmlə aparılacaq kəsmə işləri zamanı avadanlığı işə salaraq qızdırmaq, aləti avadanlığa qoşmaq, hidravlik sistemi və ya pnevmatik sistemi işə salmaq;
  • Dərinliyə və kəsmə obyektinə uyğun olaraq hidravlik və pnevmatik təzyiqi tənzimləmək;
  • Elektro-oksigen üsulu ilə aparılacaq kəsmə işləri zamanı oksigen balonlarını, kabel şlanq birləşmələrini, reduktorları spirtlə təmizləmək, şlanqları reduktora birləşdirmək, oksigen təzyiqini tənzimləmək, avadanlığa yanacağı əlavə etmək, avadanlığı işə salaraq qızdırmaq;
  • Kəsmə işləri zamanı mexaniki avadanlıqlara nəzarət etmək;
  • Sualtı kəsmə işləri yekunlaşdırlıdıqdan sonra avadanlıqınların texniki vəziyyətini yoxlamaq, bu haqda avadanlıqların texniki normativ sənədlərində qeydləri aparmaq və iş rəhbərinə məlumat vermək.
  • Avadanlıq, maşın və mexanizmlərin təmir qrafiki planını və qüsurlar cədvəlini hazırlamaq;
  • Sahədə olan avadanlıqların texniki tələblərinə uyğun olaraq texniki baxış keçirmək;
  • Avadanlıqların texniki istismarı zamanı yaranmış çatışmazlıqları araşdırmaq;
  • Avadanlıqların normativ təmir intervalları ilə faktiki təmir vaxtlarını yoxlamaq;
  • Sahənin təmir qrafikinin tərtib edilməsi üçün bütün çatışmazlıqları siyahıya almaq;
  • Sahədəki avadanlıqların illik PXT qrafikini tərtib etmək;
  • Avadanlıqların illik ehtiyyat hissələrinə olan tələblərini müəyyənləşdirmək, alınması üçün sifariş siyahısını tərtib etmək;
  • Avadanlıq, maşın və mexanizmlərə texniki xidmətin keçirilməsi və təmir edilməsini (cari) təmin etmək;
  • Avadalıq və maşın-mexanizmlərə texniki qulluq göstərmək (günlük, həftəlik, aylıq);
  • Avadalıqların istismarı zamanı təhlükəsiz işçi rejiminə nəzarət etmək;
  • Avadanlıqların giriş-çıxış klapanlarını (qoruyucu və əks) və boru xətt birləşmələrini yoxlamaq;
  • Endirmə və qaldırma qurğusunun mexanizmlərinin (hidravlik, pnevmatik və dizel mühərriki) texniki vəziyyətini yoxlamaq;
  • Endirmə və qaldırma qurğusunu yoxlamaq (buraz, ilməcik , ballast yükü və dalğıc səbəti);
  • Mexaniki əl bucurqadlarının texniki vəziyyətini yoxlamaq;
  • Nasosların texniki vəziyyətini yoxlamaq;
  • Oksigen, propan və digər qaz balonlarının texniki təhlükəsizlik norma və qaydalarına uyğun istismarını təşkil etmək;
  • Pontonları yoxlamaq və lazım gələrəsə təmir etmək;
  • Avadanlıqlarda aşkar edilmiş çatışmazlıqları araşdırmaq, bu barədə qüsur aktını tərtib etmək;
  • Maşın və mexanizimlərin filtrlərini (hava, su, yanacaq, yağ) dəyişdirmək və təmizləmək;
  • Avadanlıqlara PXT qrafikinə uyğun olaraq texniki xidmət göstərmək;
  • Avadanlıq, maşın və mexanizmlərin texniki xidmət qrafikini hazırlamaq;
  • Avadanlıqların təhlükəsiz istismara verilməsi üçün normativ sənədlərin tələblərinə uğun olaraq qoruyucu və əks klapanların sınağını aparmaq;
  • Odlu işləri yerinə yetirmək;
  • Payız və qış mövsümünə hazırlıq üçün tədbirlər planını hazırlamaq;
  • Avadanlıqların işçi vəziyyətdə saxlanması və təmiri üçün malmaterialların sifarişi siyahısını tərtib etmək;
  • Sahədə illik olaraq avadanlıqlar üçün yanacaq və sürtgü materiallarına olan təlabatı hesablamaq və alınması üçün sifarişi hazırlamaq;
  • Təhlükəszilik texnikası və yanğından mühafizə üzrə təlimatların hazırlanmasında müvafiq qaydada iştirak etmək;
  • Yanğınsöndürmə vəsaitlərinin yoxlanmasında iştirak etmək, onların uçotunu aparmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi və yanğından mühafizənin norma və qaydalarına riayət etmək. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri  4 Sertifikat Müvafiq ixtisas kursu
  • Üzmə bacarığı haqqında sənəd
  • Səriştəlik və digər tələblər
  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Nizam-intizam
  • Öyrənmə qabiliyyəti
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Mexaniki emal işləri
  • Davran. və Təhlükəsizl. Müşahidə Sistemi
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Mexaniki avadanlıq-qurğulara baxış
  • Mexaniki avadanlıq-qurğulara qulluq
  • Mexaniki avadanlıq-qurğuların təmiri
  • Mexaniki avadanlıq-qurğuların sökülməsi
  • Mexaniki avadanlıq-qurğuların istismarını;
  • Mexaniki avadanlıq-qurğuların quraşdırılmasını;
  • Mexaniki avadanlıq-qurğulara baxışı;
  • Mexaniki avadanlıq-qurğulara qulluğu;
  • Mexaniki avadanlıq-qurğuların təmirini;
  • Mexaniki avadanlıq-qurğuların sökülməsini;
  • Mexaniki emal işlərini.

Telegram kanalımız