Avtomobillərin təmiri üzrə çilingər (Bakı)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtomobillərin mürəkkəb və məsul aqreqat, qovşaq və cihazlarının stend üzərində və şassidə texniki xidmət zamanı nizamlamaq və sınaqdan keçirmək;
  •  Yoxlayıcı aparaturada və yoxlayıcı ləvazimatlarla elektrik avadanlığının detal və qovşaqları yoxlamaq;
  • Elektrik avadanlığı cihaz və aqreqatlarının sxem üzrə qurulması və şəbəkəyə qoşmaq;
  • Təmir, yığma və sınaq prosesində avtomobil aqreqat və qovşaqlarında və elektrik avadanlığı cihazlarında mürəkkəb qüsurların və nasazlıqların aşkar və ləğv etmək;
  • Detalların mürəkkəb və məsul çilingər emalı, 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə tamamlamaq;
  • Ən mürəkkəb konfiqurasiyalı detal və qovşaqların statik və dinamik tarazlaşdırmaq;
  • Yük və minik avtomobillərində və avtobuslarda hərəkətin təhlükəsizliyini təmin edən sistem və aqreqatların diaqnostikası və nizamlanmaq.

Xüsusi tələblər

  • Peşə təhsili / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Avtomobillərin quruluşu haqqında əsas məlumatları;
  • Sadə qovşaqların yığılma qaydasını; elektrik naqillərin ayrılması, birləşdirilməsi, izolyasiya edilməsi və lehimlənməsi üsullarnı;
  • Elektrotexnika və izolyasiya materiallarının əsas növlərini, onların xassələrini və təyinatını; bərkidici işlərin yerinə yetirmə üsullarını, birinci və ikinci texniki xidmətin həcmlərini;
  • Ən geniş yayılmış universal və xüsusi ləvazimatların və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin təyinatını və
  • tətbiq qaydalarını;
  • Emal edilən materialların əsas mexaniki xassələrini; soyuducu və tormoz mayelərin, yağın və yanacağın təyinatını və işlədilməsini;
  • Pnevmatik və elektrik alətin tətbiqi qaydalarnı;
  • Gördüyü işin həcmində elektrotexnika və metalların texnologiyası üzrə əsas məlumatlarını;
  • Orta mürəkkəbli qovşaq, aqreqat və cihazların quruluşunu və təyinatını;
  • Avtomobillərin və motosikletlərin yığılma, detal, qovşaq, aqreqat və cihazların təmir qaydalarını;
  • Elektrik avadanlığı cihaz və aqreqatların sökülməsi, yığılması, çıxarılması və qurulmasının əsas üsullarını;
  • Məsul tənzimlənmə və bərkitmə işlərini; elektrik avadanlığı sistemində səciyyəvi nasazlıqları, onların aşkar və ləğvetmə üsullarını;
  • Elektrik avadanlığının təmirində işlədilən materialın təyinatmı və əsas xassələrini; metalın əsas xassələrini;
  • Detalların istiliklə emalınm təyinatını;
  • Universal və xüsusi ləvazimatın və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin quruluşunu;
  • Müsaidə və oturmaları, kvalitetləri (dəqiqlik dərəcələri) və nahamarlıq parametrlərini (təmiz emal dərəcələrini).

Telegram kanalımız