Quyuların sementlənməsi üzrə maşinist

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sementləmə aqreqatlarının texnoloji avadanlığına xidmət edir:
  • Sementləmə və hidravlik yarılma işləri aparmaq üçün aqreqatın qazma qurğularına getməsinə hazırlıq işlərini həyata keçirir;
  • Sementləmə aqreqatın yerləşdirilməsi, yüksək və alçaq təzyiqli xətlərin yığılması, sökülməsi, quraşdırılması və kipliyə yoxlanması;
  • Sementləmə, layların hidravlik yarılması, izotop vurulması,hidravlik qumşırnaqlı perforasiya və quyuların fontan vurmadan saxlanılması işlərinin icra edilməsi;
  • Qoruyucu kəmərlərin, qazma borularının, fontan armaturası manifoldunun kipliyə yoxlanılması;
  • Duz turşusu və neft vannası üçün olan quyularda neft və turşu vurulması işinin icrası, təzyiq altında tamponaj işlərinin aparılması;
  • Sementləmə aqreqatı işlədiyi zaman əmələ gələn nasazlıqların aradan qaldırılması;
  • Sementləmənin başa çatdırılmasının təyin edilməsi;
  • Aqreqatın texnoloji avadanlığının profilaktik və cari təmirinin icra edilməsi;
  • Quyuya vurulan mayenin sərfi üzərində nəzarət;
  • Görülən işlər üzrə sənədlərin yazılması;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edir;
  • İş yerinin təmiz və saz vəziyyətdə saxlanmasını, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin edir.

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Qazma texnoloji prosesi və neft, qaz və digər faydalı qazıntıların istehsalı haqqında ümumi məlumatı;
  • Quyuların konstruksiyası, sementləmə aqreqatının texniki xarakteristikası və təyinatı;
  • Sementləmə aqreqatının istismarı və qulluq edilmə qaydaları;
  • Aqreqatın birləşmələrinin quruluşu və qarşılıqlı işləməsi;
  • Yüksək təzyiqli borularda yivlərin növləri;
  • Quyularda iş apardıqda sementləmə aqreqatlarının qoşulması sxemləri;
  • Sement məhlullarının fiziki-kimyəvi xassələri və hazırlanma üsulları;
  • Konsistenliyin tənzimlənməsi qaydaları, sementin bərkiməsinin sonunun təyin edilməsi;
  • Quyuların sementləməsinin texnoloji prosesi və layların qumşırnağı ilə perforasiya edilməsi;
  • Aqreqatların təmir növləri, görülən iş çərçivəsində çilingər işi;
  • Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
  • Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.

Telegram kanalımız