NÖC və avtomatika üzrə çilingər

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşin tələb etdiyi iş qaydalarına və ya ekvivalentlərinə uyğun olaraq müəyyənləşdirilməsi, xidmət sahəsinin rəisi ilə plana uyğun razılaşdırılması
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi
  • İş planına əməl etmək məqsədi ilə işin spesifikasiyasına uyğun ehtiyatları müəyyənləşdirilməsi, əldə edilməsi və yoxlanılması
  • Materialların-komponentlərin düzgün ölçüsü, növü və sayının müəyyənləşdirilməsi, əldə edilməsi və onların işin xüsusiyyətlərinə uyğunluğunun yoxlanılması
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələrin müəyyənləşdirilməsi, qabaqlayıcı və ya nəzarət tədbirlərinin görülməsi
  • İş sahəsinin işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlanması
  • Nümunəvi nəzarətedici avadanlıq, stend və alətlərin daim işçi vəziyyətdə və lazımi yerdə saxlanılması
  • NÖC və A vasitələrinin istismarına nəzarət, təmirinin və kalibrlənməsinin yerinə yetirilməsi
  • Təmir qrafiklərinə əsasən NÖC və A vasitələrinə ilkin baxışın keçirilməsi
  • NÖC və A vasitələrinin birləşmələrinin və impuls-siqnal xətlərinin yoxlanması
  • NÖC A vasitələrində nasazlığın müəyyən edilməsi məqsədilə stendə bağlanması
  • Stendə bağlanmış NÖC və A vasitələrinin göstəricilərinə əsasən nasazlığın səbəbinin araşdırılması və qüsur cədvəlinin tərtib edilməsi
  • Qüsurlar cədvəlinə əsasən NÖC və A vasitələrinin təmiri üçün lazım olan mal-material və hissələrin sifarişi üçün sahənin mexanikinə məlumat
  • Təmir olunan NÖC və A vasitələrinin ayrı-ayrı hissələrinin çıxarılması (sökülməsi), sıradan çıxan və təmiri mümkün olmayan hissələrin dəyişdirilməsi
  • Təmir olunmuş NÖC və A vasitələrinin sınaqdan keçirilməsi məqsədilə stendə bağlanması
  • Sınaqdan keçirilmiş NÖC və A vasitələrinin kalibrlənmə (qradirovka) cədvəllərinə əsasən yoxlanılması, mütləq və nisbi xətaların hesablanması
  • Təmir olunmuş, yoxlanılmış NÖC və A vasitələrinin aidiyyəti istehsalat sahələrində öz mövqelərinə quraşdırılması və təhvil verilməsi
  • Müasir elektron tipli cihazlarda təmiri mümkün olan hissələrin dəyişdirilməsi, əvəz edilməsi, təmir edilməsi
  • NÖC və A vasitələrinin təsdiq edilmiş qrafikə uyğun daxili yoxlamasının keçirilməsi
  • NÖC və A vasitələrinin təsdiq edilmiş qrafikə uyğun və dövlət yoxlamasından keçirilməsi üçün hazırlanması
  • Sahələrdə istismar olunan NÖC və A vasitələrinin plandankənar təmir işlərinin yerinə yetirilməsi
  • NÖC və A vasitələrinin təiri və xidməti prosesində aşağı dərəcəli çilingərlərin işinə rəhbərlik edilməsi
  • Mexaniki vasitələrin istismarına nəzarət və təmirinin yerinə yetirilməsi
  • Sahələrdə istismar olunan mexaniki avadanlıqların göstəricilərinə əsaəsən nasazlıq səbəbinin araşdırılması, qüsurlar cədvəlininn tərtib edilməsi
  • Qüsurlar cədvəlinə əsasən mexaniki avadanlıqların təmiri üçün lazım olan mal-material və hissələr barədə sahənin mexanikinə məlumat verilməsi
  • Mexaniki avadanlıqların hissələrinin ardıcıllıqla sökülməsi, təmir edilməsi, sıradan çıxan və təmiri mümkün olmayan hissələrin dəyişdirilməsi
  • Mexaniki avadanlıqların hissələrinin təmizlənməsi və ardıcıllıqla yerinə yığılması
  • Mexaniki avadanlıqlarıın sınaqdan keçirilməsi üçün stendə bağlanması
  • Təmir olunmuş mexaniki avadanlıqların aidiyyəti istehsalat sahəsində öz mövqeyinə quraşdırılması və təhvil verilməsi
  • Avtomatik tənzimləmə sistemlərinin metodiki təlimatlara uyğun təmiri, sınağı, sazlanması və istismara təhvil verilməsi
  • Aqreqat-unifikasiya sistemlərini telemexanika qurğularını, siqnalizasiya sxemlərinin sökülərək təmir edilməsi, yoxlanılması və quraşdırılaraq istismara təhvil verilməsi
  • Mexaniki avadanlıqların təmiri prosesində aşağı dərəcəli çilingərlərin işinə rəhbərlik etmək

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə Müfaviq ixtias üzrə ali təhsil olduqda iş təcrübəsi tələb olunmur.
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Üzmə bacarığı haqqında sənəd
  • Səriştəlik və digər tələblər
  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Əməyin təhlükəsizliyi
  • Sanitariya-gigiyena
  • Avtomatika-metr.avadan.-qurğular. quraş.
  • Avtomatika-metrolo.avadan.-qurğu. qulluq
  • Avtomatika-metr.avad.-qurğularının sökü.
  • Avtomatika-metrolo.avadan.-qurğu. təmiri
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Yanğının söndürülməsi üsulları
  • Yanğınsöndürmə avadan. istifadə qayd.
  • Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipi və quraşdırma xüsusiyətlərini;
  • Yüksək təzyiqli boru xətti, habelə oksigen kəmərinin quraşdırılması üzrə qoyulan əlavə tələbləri;
  • Quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatika sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını.
  •  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Telegram kanalımız