Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (İmişli rayonu)

İmişli

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsini təmin etmək;
  •  Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sexləri və sahələrinə xidmət edilməsini təşkil etmək;
  •  Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal emalı avadanlıqlarının vacib və eksperimental elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, özüyazan elektrik və elektron cihazlarına xidmət, onların tənzimlənməsi, sazlanmasını həyata keçirmək;
  •  Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu qurğuları olan iqnitronlu qaynaqedici aparatlara və tranzistorlu və məntiqi elementlərdə yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət və onların sazlanmasını təmin etmək;
  •  Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılmasını təmin etmək;
  •  Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi işlərinin aparılmasını həyata keçirmək;
  •  Yüksək voltlu kabel şəbəkələrində epoksid ucların ayrılması, mis və alüminium kabelləri arasında birləşdirici muftaların montajı işlərini həyata keçirmək;
  •  Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağını keçirmək;
  • Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsini təmin etmək.

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Şifahi özünüifadə
  • Şifahi özünüifadə
  • Peşəkarlıq
  • Peşəkarlıq
  • Detallara diqqət
  • Detallara diqqət
  • Keyfiyyət yönümlülük
  • Tabeçilik
  • İşi təqib etmə
  • Müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını;
  • Teleidarənin və avtomatik tənzimlənmənin sxemini və onların sazlanması üsullarını;
  • Elektron sistemli relenin və cihazların quruluşunu və mürəkkəb konstruksiyasını;
  • Elektrik maşın, aparat və cihazların kompleks sınağı qaydalarını;
  • Elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin tərtibi qaydalarını;
  • Paylayıcı qurğuların ilkin və ikinci kommutasiyasının elektrik sxemini;
  • Yüksək tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini;
  • Gərginlik stabilizatorlarının, yarımkeçiricilərin, selenli düzləndiricilərin, operativ işıqlandırmanın telemetrik idarəsinin və operativ idarə pultunun sxemini;
  • IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını. 

Telegram kanalımız