Mәlumatların toplanması, quyunun istismar göstәricilәrinin tәhlili
(hasilat quyuları vә suvurma quyuları), süni liftin optimallaşdırılması,
quyuların vә layların sıxışdırılmasının idarә edilmәsi, geoloji-texniki
tәdbirlәrin planlaşdırılması, quyunun tamamlanma sxemi vә hasilatın
proqnozlaşdırılması daxil olmaqla hasilat mühәndisliyi vә әlaqәli sahәlәrdә
yüksәk tәsirә malik /texniki cәhәtdәn әn vacib sahәlәr üzrә mütәxәssis
rәyini tәmin etmək;
- Hasilat mühәndisliyi perspektivindәn yataqların qısa vә
uzunmüddәtli idarә edilmәsi vә biznes planları üzrә әsas çәtinliklәr vә
imkanlar haqqında rәhbәrliyә müstәqil rәylərini tәqdim etmək;
- Xarici sәnayedә güclü tәsirә malik olmuş seçilmiş “qabaqcıl
tәcrübәlәr” vә texnologiyaları müәyyәn etmək vә tәtbiqinә dәstәk
göstәrmək;
Quyuların idarә edilmәsi sahәsindә әsas texniki iş proseslәrinin vә әlaqәli
rәqәmsal alәtlәr/rәqәmsal arxitekturanın müәyyәn edilmәsi üçün
mütәxәssis mәlumatlarının tәmin edilmәsi;
Hasilat mühәndisliyi perspektivindәn әn vacib olanlara diqqәt yetirmәklә
seçilmiş yoxlamaların (audit) aparılması üçün dәstәk göstərmək;
Quyuların bütövlüyü üçün kritik risklәr vә onların tәsirlәrinin yumşaldılması
variantları barәdә rәhbәrliyә tövsiyәlәr vermək;
Tәlәb olunan bacarıqlar dәstinin vә müvafiq biliklәrin yaradılması üçün
işәgötürmә zamanı dәstәk vә praktiki tәlim, formal tәlim vә karyera
yollarının müәyyәn edilmәsi daxil olmaqla neft vә qaz hasilatı sahәsindә
potensialın güclәndirilmәsi üzrә rәhbәrliyә tövsiyәlәr vermək
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun