Yataqların işlənməsi üzrə menecer

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Lay modellərinin qurulması, yataqların idarә olunması planlarının və hasilatın optimallaşdırılması strategiyalarının hazırlanmasına nəzarət etmək;
  • Şirkətin kəşfiyyat və hasilat hədəflərini nəzərə almaqla yataqların işlənməsi planlarını hazırlanmaq vә həyata keçirmək, yeni layların işlənməsi imkanlarını müəyyən edilməsi və qiymətləndirilməsi, hər bir imkanın potensial risklərinin və faydalarının qiymətləndirilməsi və ən perspektivli layların istismarı üçün planların hazırlanması;
  • Yataqların işlənməsi üzrə büdcənin idarə edilməsi, xərclərin büdcə daxilində olması və maliyyə hədəflərinin yerinə yetirilməsi;
  • Yeni quyuların istismara verilməsi, yan lülə ilәqazma işlərin aparılması və tamamlanması kimi planların hazırlanması və icrası;
  • Qalıq karbohidrogen ehtiyatların vәresursların qiymətləndirilməsi vә səmərəli idarə edilməsi;
  • Layların işlənməsi fəaliyyətlərinin bütün müvafiq qaydalara və sənaye standartlarına uyğun aparılmasını təmin etmək, ətraf mühitə təsirin qiymətləndirilməsinin işlənib hazırlanmasına nəzarət, icazə və lisenziyaların alınması, bütün təhlükəsizlik və ətraf mühit standartlarına əməl olunmasının təmin etmək;
  • Neft və qaz yataqlarının işlənilməsi üzrə mühəndislər, geofiziklər və digər müvafiq peşələrdən ibarət qrupun işə götürülməsinə və təlimlərin idarə edilməsinə dəstək olmaq;
  • Sənaye tendensiyaları və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və layın işlənməsi ilə bağlı nəticələri yaxşılaşdırmaq üçün texnologiya və anlayışlardan istifadə etmək.

Xüsusi tələblər

  • Ali təhsil / Müvafiq sahə üzrə 15 İl / Müvafiq sahə üzrə Yataqların idarəolunması vəzifələrində 15 il, idarəetmə və
  • rəhbər vəzifələr üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Təşəbbüskarlıq
  • Detallara diqqət
  • Yazılı özünüifadə
  • İngilis dili
  • Səlis ingilis dili biliyi tələb olunur
  • Yataqların idarә olunmasının texniki aspektlәrindә, seysmik mәlumatların interpretasiyası, neft vә qaz yataqlarının işlәnilmәsi, lay modellәrin simulyasiyası vә hasilatın optimallaşdırılması;
  • Quyu vә Yataq üzrә performansının illik tәhlil aparılması;
  • Yeni quyular vә quyu әmәliyyatlar üzrә tәhlil aparılması vә öyrәnilmiş dәrslәrin müәyyәnlәşdirmәsi;
  • Suvurma tәsiri altında olan yataqların idarә edilməsi;
  •  «PRMS» sistemi ilə tanışlıq;
  • Nümayiş etdirilmiş mentorluq vә kouçluq qabiliyyәtlәrinın olması.

Telegram kanalımız