Mәlumatların toplanması, seysmik kәşfiyyat, işlәnmә vә tәhlil, regional geoloji quruluşlar, struktur geologiyası, stratiqrafiya vә çöküntü modellәri, geostatik tәzyiqin tәsviri, layın kompleks tәsviri, süxurların xassәlәri, filtrasiya intervallarının müәyyәn edilmәsi vә statik modellәşdirmә daxil olmaqla geologiya vә geofizika mәlumatlarının tәlәb olunduğu yüksәk tәsirә malik/texniki cәhәtdәn kritik sahәlәrdә ekspert rәyini tәmin etmək;
Geologiya vә geofizika baxımından rezervuarların qısa vә uzunmüddәtli idarә edilmәsi vә biznes planları üzrә әsas problemlәr və imkanlar haqqında rәhbәrliyә müstәqil rәyi tәqdim etmək;
Xarici sәnayedә güclü tәsirә malik olmuş seçilmiş “qabaqcıl tәcrübәlәr” vә texnologiyaları müәyyәn etmək vә tәtbiqinә dәstәk göstәrmək;
Geologiya vә geofizika sahәsindә әsas texniki iş proseslәrinin vә әlaqәli rәqәmsal alәtlәr/rәqәmsal arxitekturanın müәyyәn edilmәsi üçün mütәxәssis dәstәyini tәmin etmək;
Seysmik tәhlillәr, regional geoloji quruluşlar, geostatik tәzyiqin tәsviri, layın kompleks tәsviri vә statik modellәşdirmә üzrә müvafiq standartların müәyyәn edilmәsi üçün ekspert rәyini tәmin etmək;
Geologiya vә geofizika baxımından әn vacib olanlara diqqәt yetirmәklә seçilmiş yoxlamaların (audit) aparılması üçün dәstәk göstərmək;
Geologiya vә geofizika ilә bağlı kritik risklәr vә qeyri-müәyyәnliklәr vә onların tәsirlәrinin yumşaldılması variantları üzrә rәhbәrliyә tövsiyәlәrin vermək;
Tәlәb olunan bacarıqlar dәstinin vә müvafiq biliklәrin yaradılması üçün işәgötürmә zamanı dәstәk vә praktiki tәlim, formal tәlim vә karyera yollarının müәyyәn edilmәsi daxil olmaqla geologiya vә geofizika sahәsindә potensialın güclәndirilmәsi üzrә rәhbәrliyә tövsiyәlәr vermək.
Xüsusi tələblər
Ali magistr / Müvafiq sahə üzrə 20 İl / Müvafiq sahə üzrə Müxtəlif neft və qaz yataqlarında geologiya vә geofizika sahәsindә minimum 20 il iş təcrübəsi tələb olunur.Əməliyyat şirkətlərində təcrübə vacibdir.
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Detallara diqqət
Problem analiz etmə
İngilis dili
Səlis ingilis dili biliyi tələb olunur
Seysmik kәşfiyyat mәlumatlarının әldә olunması vә tәhlil, regional geoloji quruluşlar, struktur geologiyası, stratiqrafiya vә çöküntü sistemlәri, layın kompleks tәsviri, statik modellәşdirmә daxil olmaqla geologiya vә geofizika sahәsinin bütün aspektlәri üzrә dәrin texniki biliklәrinin olması;
Yatağların işlәnmәsi üzrә, quyunun istismar göstәricilәri, quyuların sxemi, hasilat әmәliyyatları və kommersiya fәaliyyәtlәri kimi daxil müxtәlif ixtisasları әhatә edәn güclü bacarıqlarının olması ;
Müstәsna mentorluq vә kouçluq qabiliyyәtlәrinin olması.