Brendin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın məhsul və xidmətlərinin təșviqi üçün optimal marketinq kommunikasiya kanallarını seçilməsində iştirak etmək;
  • Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Mövcud kommunikasiya kanallarının monitorinqini təşkil etmək;
  • Marketinq departamentinin bütün satınalma işləri və təchizatı üzrə sifarişlərin təmin edilməsini aparmaq;
  • Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalınması üzrə tender prosesini təşkil etmək, tender təkliflərini təhlil etmək, ən așağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Bankın korporativ hədiyyələrinin təminatı istiqamətində fəaliyyətin həyata keçirilməsi, kənar vendorlardan təkliflərin alınması, təhvil olunması və satınalma üçün tender müraciətlərin hazırlayıb yerləşdirilməsi;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosesləri effektiv təşkil etmək. 

Xüsusi tələblər

  • Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dilini səlis, Rus dilini yüksək, İngilis dilini orta bilən;
  • Minimum 2 il iş təcrübəsinə;
  • Ofis proqramlarında sərbəst iş bacarığına;
  • Ünsiyyət və təqdimat bacarıqlarına;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə sahib olan şəxsdir.

Telegram kanalımız