Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa Nəzarət Xidmətinin nəzarət üzrə qrup inspektoru

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rejim ərazisinə keçirilməsi qadağan olunmuş əşya və maddələrin aşkarlanmasını təmin etmək;
  • Təyin olunduğu məntəqədə böyük inspektor tərəfindən təlimatlandırıldıqdan sonra fəaliyyətə başlamaq;
  • Xidmətdə mövcud olan aviasiya təhlükəsizliyinə dair baxış texnikasının və digər vasitələrin işləmə xüsusiyyətlərini  bilmək;
  • Bütün şəxslərin və nəqliyyat vasitələrinin nəzarət edilən və mühafizə edilən məhdud girişli zonaya keçməsini Baş İdarə tərəfindən müəyyən olunmuş buraxılış vəsiqəsi əsasında həyata keçirmək;
  • Hər bir şəxsin özünə məxsus buraxılış vəsiqəsi ilə buraxılış nəzarət sistemindən keçməsinə nəzarət etmək;
  • “Visitor” və ya istifadə müddəti bitmiş buraxılış vəsiqələrini geri almaq, müvafiq jurnalda qeydiyyat aparmaq və böyük inspektora təhvil vermək;
  • Rejim zonalasına daxil olan və çıxan nəqliyyat vasitələrinə aviasiya təhlükəsizliyinə dair baxış keçirmək;
  • Növbədə olarkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
  • İş rejimi:  2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız