Aviasiya Təhlükəsizlik Baş İdarəsinin “Zabrat” Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin nəzarət üzrə qrup inspektoru

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təyin olunduğu məntəqədə növbə rəisi (böyük inspektor) tərəfindən təlimatlandırıldıqdan sonra fəaliyyətə başlamaq;
  • Təyin olunduğu posta (məntəqəyə) gəldikdən sonra texniki vasitələri, əmlakı siyahı üzrə qəbul etmək, texniki vasitələrin sazlığını yoxlamaq və çatışmazlıqlar barədə növbə rəisinə (böyük inspektora) məlumat vermək;
  • Bütün şəxslərin və nəqliyyat vasitələrinin nəzarət edilən və mühafizə edilən məhdud girişli zonaya keçməsini Baş İdarə tərəfindən müəyyən olunmuş buraxılış vəsiqəsi əsasında həyata keçirmək;
  • Hər bir şəxsin özünə məxsus buraxılış vəsiqəsi ilə buraxılış nəzarət sistemindən keçməsinə nəzarət etmək;
  • “Visitor” və ya istifadə müddəti bitmiş buraxılış vəsiqələrini geri almaq, müvafiq jurnalda qeydiyyat aparmaq və növbə rəisinə (böyük inspektora) təhvil vermək;
  • Növbədə olarkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Sərnişinlərə, aviamüəssisələrin işçilərinə və xidməti zərurətlə əlaqədar təhlükəsizlik zonalarına daxil olan digər şəxslərə müvafiq rəhbər sənədlərin tələblərinə uyğun olaraq aviasiya təhlükəsizliyinə dair baxış keçirmək (X-Ray qurğusu daxil).
  • 2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • İngilis dili və Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız