Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yanğından mühafizə sahəsində müvafiq rəhbəredici sənədlərin tələblərini bilmək, vaxtında və dəqiqliklə icra etmək:
  • Fövqəladə hadisə  zamanı (yanğın, qəza, təbii fəlakət və s.) qarşısına qoyulmuş tapşırıqları dəqiq yerinə yetirmək və bu zaman texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etmək;
  • Yanğın avtomobilinin döyüş hesabının bütün nömrələrinin vəzifələrini yerinə yetirməyi bacarmaq və yanğına qarşı rejimə riayət etmək;
  • Yanğın texnikasını və digər əmlakları qorumaq, yanğın-texniki, qəza-xilasetmə avadanlıqları və alətlərini təmiz, döyüşə hazır vəziyyətdə saxlamaq;
  • Hava gəmilərinin yanğın təhlükəsizliyinə dair konstruktiv xüsusiyyətlərini, qəza-çıxış yerlərini bilmək  və onlardan istifadə etməyi bacarmaq;
  • Yanğın-xilasetmə və fiziki hazırlıq üzrə təsdiq edilmiş normativləri yerinə yetirməyi bacarmaq;
  • Yanğın və qəza nəticəsində xəsarət alanlara həkiməqədər ilk yardım göstərməyi bacarmaq;
  • Yanğın, qəza yerində iştirak edənlərin həyatına təhlükə yarandığını aşkar etdikdə dərhal onlara xəbərdarlıq  etmək, lazım gələrsə xilas edilmələri üçün bütün lazımi tədbirləri görmək, bu barədə yanğınsöndürmə rəhbərinə məruzə etmək;
  • Təhlükəsizlik texnikası qaydalarına əməl etmək;
  • İşini başa çatdırdıqdan sonra ona təhkim edilmiş yanğın-xilasetmə avadanlığının sayını yoxlamaq və nəticəsini birbaşa rəhbərinə məruzə etmək;
  • Xidməti vəzifələrini yerinə yetirdiyi zaman təyin edilmiş xüsusi geyim formasında olmaq və təsdiq edilmiş xüsusi geyim formasını düzgün daşımaq.
  • İş rejimi:  2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • -Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • -İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Peşə ilə bağlı təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız