Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin yanğın avtomobilinin sürücüsü

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  Yanğından mühafizə sahəsində müvafiq rəhbəredici sənədlərin tələblərini bilmək, vaxtında və dəqiqliklə icra etmək;
  • Aeroportun kodlaşdırılmış sxemini, Elektron Mühafizə Hasarı boyunca sektorları, bu sektorlarda yerləşən qəza-çıxış qapılarını, eləcə də hava gəmilərinin dayanacaqlarını bilmək;
  • Yanğın avtomobillərində olan xüsusi avadanlıq və ləvazimatların yerini taktiki-texniki xüsusiyyətlərini bilmək və istifadə etməyi bacarmaq;
  • Aeroport ərazisində yerləşən obyektlərin, yanğın-su mənbələrini və onlara yanaşma yollarını bilmək, müəyyən olunmuş yol hərəkəti qaydalarının tələblərini yerinə yetirmək;
  • Yanğın avtomobilindəki radiostansiyanın, eləcə də işıq və səs siqnallarının işlək vəziyyətdə olmasını yoxlamaq;
  • Yanğın avtomobilində hər hansı nasazlıq aşkar etdikdə mühəndis-xilasedici qrup rəhbərinə məlumat vermək və həmin nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq məqsədilə keçirilən imtahanlarda iştirak etmək;
  • Əməyin mühafizəsi,  təhlükəsizlik texnikası, istehsalat sanitariyası, eləcə də yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
  • 2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • -Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • -İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Peşə ilə bağlı təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Sürücülük vəsiqəsi: B,C.
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız