Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yük daşımalarına Nəzarət Xidmətinin nəzarət üzrə qrup inspektoru

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təyin olunduğu məntəqədə böyük inspektor və ya növbə rəisi tərəfindən təlimatlandırıldıqdan sonra fəaliyyətə başlamaq;
  • Təyin olunduğu posta (məntəqəyə) gəldikdən sonra texniki vasitələri, əmlakı siyahı üzrə qəbul etmək, texniki vasitələrin sazlığını yoxlamaq və çatışmazlıqlar barədə böyük inspektor ya növbə rəisinə məlumat vermək;
  • Xidmətdə mövcud olan aviasiya təhlükəsizliyinə dair baxış texnikasının və digər vasitələrin işləmə xüsusiyyətlərini  bilmək;
  • Təhlükəsizlik zonalarına, eləcə də hava gəmisində daşınması qadağan olunmuş əşya və maddələrin keçirilməsinə yol verməmək və belə maddələr aşkar olunduqda dərhal böyük  inspektora və ya növbə rəisinə məlumat vermək;
  • Növbədə olarkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
  • İş rejimi:  2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • -Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • -İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız